Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:30

Yazıçılıq Rusiyada hələ də peşə deyil


Maya Kucherskaya
Maya Kucherskaya

-

Rusiyada ilk və yeganə Yazıçılıq kursunun rəhbəri Maya Kucherskayanın ingilisdilli Rusiya xəbərləri saytına müsahibəsindən:

- Rusiyada yazıçılıq nə vaxt peşəyə çevrildi?

- Məsələnin çətinliyi də elə bundadır. Yazıçılıq hələ də Rusiyada peşə deyil. İş odur ki, masaya çörək qoya. Bədii ədəbiyyat yazan müəllif üçün hələ də buna nail olmaq çətindir.

Bədii əsər yazmaqla bir yazıçının br mühasib qədər pul qazanması çətin məsələdir. Populyar ədəbiyyat, romantik romanlar yazanların bu məsələdə vəziyyəti daha yaxşıdır, əlbəttə.

Bu problem Rusiyada əsrlərlə mövcud olub. Puşkin ciddi pul tələb edən ilk şairlərdən olub. Tolstoy, Turgenev, Dostoyevsky kimi yazıçıların yaxşı gəliri olub, amma ümumən Rusiyada yazıçılar çörəkpullarını qazanmaq üçün çox əziyyət çəkirlər.

- Rus yazıçılarının çatışmayan cəhəti nədir?

- Müasir Rus nəsr bazarı çox kiçikdir və kasaddır. Müasir yazıçıların əsərlərini nəşr edən Rus nəşriyyatlarını barmaqla saya bilərsən. Müqayisədə, Avropa və ABŞ-da belə nəşriyyatlar yüzlərlədir. Orada bütün yazıçılıq dərslikləri ədəbiyyat agentini necə tapmalı sualı ilə bitir. Bizim bazar isə elə kiçikdir ki, heç əsərini təmsil edən ədəbiyyat agentinə ehtiyac yoxdur.

- Son illərdə senzura söhbətləri gedir. Məsələn, sizin hekayəniz əsasında yazılmış bir pyes Novosibirskdə qadağan edilib.

- Səmimi desəm, əgər lap biz senzuraya dönmüş olsaq da, inanmıram ki, müasir senzorlar qayçılamağa əsər tapacaqlar... Rusiyada siyasi satira mövcud deyil. Putin lətifələri belə, danışan yoxdur.

Dmitri Bıkov və onun Vətəndaş Şairindən başqa, kimsə hökuməti tənqid etmir. Senzorlar Rusiyada faktiki olaraq, ac qalardılar, onların qarşısını ala biləcəyi hər bir şey artıq zərərsizləşib. Dövlət mədəniyyətə başqa cür nəzarət edir.

- Xaricdə çap olunan rusiyalı müəlliflər çoxdurmu?

- Azdır, bəlkə on nəfər olar. Bəlkə iyirmi. İyirmidən çox olmaz. Rus ədəbiyyatının xaricdə çap olunması siyasi məsələdir. Sanksiyalar, müharibələrdən sonra insanlar Rusiyadan usanırlar, onlar üçün ölkənin siyasi imicini ədəbiyyatından ayırmaq çətin olur, onlar üçün siyasət və ədəbiyyatın ayrı-ayrı məsələlər olduğunu düşünmək çətin olur.

XS
SM
MD
LG