Keçid linkləri

2017, 29 Aprel, şənbə, Bakı vaxtı 05:53

-

Rusiyalıların beşdə dördündən çoxu inanır ki, ölkə hazırda iqtisadi böhran içindədir. Bunu "Levada" sorğu mərkəzi aşkarlayıb.

Bu həftə açıqlanan sorğuda deyilir ki, rusiyalıların 21 faizi iqtisadi böhranın “bir çox illər çəkəcəyini” düşünür. 23 faiz isə deyir ki, böhtan azı 2 il çəkəcək.

Respondentlərin 47 faizi inanır k, böhtanın səbəbi qlobal enerji qiymətləridir. 33 faizi səbəbi korrupsiyada görür, 27 faiz Qərbin sanksiyalarını, 26 faiz müdafiə və bürokratiyaya “aşırı” xərcləri günahlandırır.

Respondentlərin yarıdan çoxu bildirib ki, böhran onları ərzaq və digər zəruri ehtiyaclarla bağlı qənaətə məcbur edib.

48 faiz gündəlik xərclərini azaltdığını söyləyib. Ötən il bu rəqəm 37 faiz idi.

40 faizin sözlərincə, bütün xərclərinin yarından çoxu ərzağa gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG