Keçid linkləri

2018, 23 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 18:21

-

Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankına (AYİB) 2017-2020-ci illər üçün əməkdaşlıq təklif edib.

Bu haqda İqtisadiyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, əməkdaşlıq təklifini Böyük Britaniyada səfərdə olan iqtisadiyyat naziri Şahin Mustafayev AYİB-in prezidentinə təqdim edilib.

AYİB-ə verilən təklifdə Azərbaycanda yaradılan sənaye parkları və məhəllələrinə investisiya yatırılması istənilir. Habelə aqroparkların təşkilinə dəstək göstərilməsi, kiçik və orta sahibkarlarla işləyən kredit ittifaqları ilə əməkdaşlıq təklif edir.

AYİB indiyədək Azərbaycana 161 layihə çərçivəsində 2,8 milyard ABŞ dolları məbləğində kredit ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG