Keçid linkləri

Təcili xəbərlər
2020, 24 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:09

İspaniyada 7 şübhəli saxlanıb


Foto arxiv

İspaniyada “İslam Dövləti” qrupu ilə əlbir olmaqda şübhəli bilinən 7 nəfər həbs edilib.

Onların hamısı Yaxın Şərq və Şimali Afrika ölkələrindəndir, 5-inin İspaniya vətəndaşlığı var.

Polisin məlumatına görə, onlar Suriya və İraqdakı ekstremistlərə maddi və texniki dəstək göstəriblər.

Belə ki, onlar humanitar yardım pərdəsi altında pul, silah, sursat və kompüter avadanlıqları alıblar.

Reydlər təxminən iki illik araşdırmadan sonra İspaniyanın şərqində və Mərakeş sahillərində yerləşən kiçik İspaniya ərazisi olan Suetdə keçirilib.

2015-ci ildə İspaniyada “İslam Dövləti” qrupu ilə əlbir olmaqda şübhəli bilinən 102 nəfər saxlanıb.

Bu əvvəlki illərlə müqaisədə 2 dəfə çoxdur.

XS
SM
MD
LG