«Hökumət növbəti bahalaşmaya gedir»
Bunu«Azadlıq» qəzeti yazır. Qəzet dövlət qurumları ilə idxalçılar arasında gedən qiymət savaşından doğan zərbələrin vətəndaşlara dəydiyi fikrindədir. Bu fikrə görə, elə yanvar ayında idxalın 65-70 faiz azalması da bundan irəli gəlir.
«Azadlıq» yazır ki, idxalçılar Gömrük Komitəsinin rüsumları artırmasından narazı qalıblar. Digər tərəfdən isə iş adamları hüquqlarının qorunmadığını düşünürlər. Hətta qəbul edilməsi gözlənilən antidempinq qanunu da iş adamlarını müdafiə edə bilmir.
Bu günki AzadlıqLive-da:
Hacıqabulun Məşğulluq İdarəsi bir neçə idarəyə göndıriş verir, ancaq işsizlər deyirlər ki, "Gedirik, deyirlər, iş yoxdur".
Bakı küçələri daha axşamlar bərq vurmur. Ancaq rəsmi qurumlar bildirir ki, işığa qənaətlə bağlı rəsmi qərar yoxdur
Tale Bağırzadəyə işgəncə verilməsi şikayəti ilə bağlı sorğulara hələ də cavab verilmir
"Gedirik, deyirlər, iş yoxdur"
Müsahibimizin sözlərinə görə, Məşğulluq İdarəsi, əsasən, bir neçə idarəyə göndəriş verir.Dəmiryol və Magistral Qaz Kəmərləri İdarəsi işçi toplaması ilə bağlı elan verib, birinə 60, o birinə 100 nəfər işçi götürüləcəyi bildirilib. Ancaq:
“Gedirik, deyirlər ki, “iş yoxdur”. Mənə “Məşğulluq”da təklif elədilər ki, Yaşıllaşdırma İdarəsində ayı 100 manata işləyim. 100 manatla 5 nəfərlik ailəni necə dolandırım?” - Vilayət Səfərov sual verir.
Tale Bağırzadə işgəncə ilə bağlı sorğulara cavab almayıb
"Müsəlman Birliyi Hərəkatı” təşkilatının rəhbəri, həbsdə olan ilahiyyatçı Tale Bağırzadəyə qarşı işgəncələr, onun hüquqlarının pozulması ilə bağlı məhkəmədən müvafiq qurumlara göndərilmiş sorğulara cavab verilməyib.
Bu barədə AzadlıqRadiosuna ilahiyyatçının vəkili Cavad Cavadov məlumat verib.