Keçid linkləri

2017, 17 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 17:23

“Avropaya daha çox qadın, uşaq gedir”


Yunanıstan sərhədində qaçqınlar

-

Ötən il miqrant böhranı başlanandan Avropaya daha çox qadınlar və uşaqlar gedir. BMT-nin uşaqlar üzrə agentliyi – UNICEF-in hesabatında belə deyilir.

Hesabata görə, hazırda Türkiyədən Yunanıstana keçən qaçqın və miqrantların 60 faizə yaxını qadınlar və uşaqlardır.

Ötən ilin iyununda miqrantların 73 faizini kişilər təşkil edirdi, yalnız 10 nəfərdən birinin yaşı 18-dən az idi.

UNICEF-in Avropada qaçqın və miqrant böhranı üzrə xüsusi koordinatoru Marie Pierre Poirier fevralın 3-də deyib ki, qadınlar və uşaqlar daha çox təhlükəyə məruz qalırlar.

Yanvarın 31-də Avropol bildirmişdi ki, son iki ildə Avropada qeydiyyata alınandan sonra 10 min miqrant uşaq yoxa çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG