-
Rza Nuri
Şeirlər
1
Soyulmalı idi ürəyim
Meydan boşqablığında
Etirazlara son qoysunlar deyə
Əllərini qanla yumuşdu başdanxarab sətirlər
Küçələri çəkib düymələdiyində
Boğazda qovuq şişirdi
Şişirdi dedim?
Dərviş zurnasına
Boğar boğmaz sıxlar
Qulaqda dolanan min yollara
Minirdi səslər
Qara küləy
Köynəyimin yaxasın yırtıb
Səki boşluğuna uçurdu
Bağırdıq
Bağıraraq dikəldik
Dərindən quşqulandıq
Dərindən gön dər ildik
Və qabıq verdi səsimiz
Bulvar boyunca
Aslanırdı işıqlar dirəklərə
Gəlinlik paltarla
Səhərə çıxar çıxmaqlığımız.
2.
Rəsimlənir dışarı
Şüşəli evlərdən
Avtobuslar geyinir küçələrə
Geyindiyim otaqlar sayağı
Qarabasmaya yaxın qaradır
Print etdiyin
Adamlar
Qırxayaqlılar kimi
Parad keçirir
Dişimdən beynimə
3.
Keçmişi asla asqıdan
Yellən
Divanın dadı əynindən dağılsın havaya
Damənin eyvanına günəş qalxanadək
Yellən
Küləyin beytinə çevrilsin saçların
Pilləkanla birgə en
Qapılara addımların səsi yapışıb
Döy
Döyün
Döyüntünü ürəyimlə nəfəs alıram
Döy
Kibrit çəkən kimi
Dodaqlarımla gövdənə
4.
Elşən Böyükvəndə ithaf
Öpüşlərindən əzbər oldum sevgini
Leyliləşdim
Aşıb-daşdı başdan başla
Saçlarının daşdığını ürəkbulanmasıdan
Və bulaq nədir ki?
“düşəndə xatirimə zülfü-ənbər əfşanin”
Ayaqüstə dayanıb
Bir dəqiqə sükut et
Şeirin ölümünə