Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 14:06
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

14:59 3.2.2016

Poroshenko açıq müharibə riskindən danışır

Ukrayna Prezidenti Petro Poroshenko deyir ki, Rusiyayla Ukrayna arasında açıq müharibə riski bir il öncəkindən böyükdür.

Fevralın 3-də Almaniyanın “Bild” qəzetinin dərc etdiyi müsahibədə Poroshenko söyləyib ki, Rusiya Minsk razılaşmasının “bircə bəndini də” icra etməyib. Minsk sazişi Ukraynanın şərqində atəşkəs və sülh planından ibarətdir.

“Əvəzində ölkəmizdə 8 min rus əsgəri görürük. Birbaşa sərhəd boyunca yeni hərbi sahələr yaranır, daimi hərbi təlimlər keçilir”, Poroshenko deyib.

14:50 3.2.2016

ABŞ səfirliyi qabağında aclıq

İkinci qrup Qarabağ əlli Güloğlan İbrahimov fevralın 3-də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyi qarşısında aclıq aksiyasına başlayıb. O, Gədəbəy Qızıl Mədənindən işdən çıxarılıb. Güloğlan İbrahimov jurnalistlərə açıqlamasında haqsız, xəbərdarlıq edilmədən işdən çıxarıldığından bu addımı atdığını bildirib. Ancaq niyə məhz ABŞ səfirliyi?

14:06 3.2.2016

Azərbaycanda donuz qripi varmı, yoxmu?

Azərbaycanla qonşu Türkiyə, Rusiya, İran və Gürcüstanda «donuz qripi»nə tutulanların sayında hər gün artım var. Hava-damcı yolu ilə yayılan xəstəlik bütün ölkələri təcili addımlar atmağa vadar edib. Dövlət strukturları isə bu günədək Azərbaycanda bir nəfərin belə bu virusa yoluxmadığını bildirir. Hər dəfə açıqlanan statistik məlumatlarda insanlarda «donuz qripi»nin aşkarlanmadığı, yalnız kəskin respirator infeksiyaların üzə çıxdığı vurğulanır.

12:58 3.2.2016

"Rayonlar dövlətin dotasiyasından çıxarıla bilər"

Prezidentin köməkçisi Əli Həsənov Qubada Azərbaycanın rayonlarının əksəriyyətinin dövlətin dotasiyasından çıxarıla biləcəyinin anonsunu verib.

“Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam istifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır”.

Davamı

XS
SM
MD
LG