Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 15:02
Khodro zavodunda robotlar
Khodro zavodunda robotlar

AzadlıqLive-İran Azərbaycanın puluna birgə maşın buraxmaq istəyir

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

12:54 3.2.2016

Qıtlıq və bahalaşma hələ qabaqdadır

«İdxalın fantastik həddə azalması böhranı daha da dərinləşdirəcək».«Azadlıq» qəzeti belə yazır. Bunu «ölkənin qıtlıq və bahalaşma ərəfəsində olması» kimi dəyərləndirir...«Azadlıq» bu mövzuya da toxunur. Qəzet Dövlət Gömrük Komitəsinin sədr müavini Mirqasım Vahabova isnadən bu ilin yanvarında idxalın 65-70 faiz azaldığı barədə açıqlama verir. Komitə sədrinin müavini bu il ölkə idxalının 5 milyard dollardan artıq olmayacağını deyib: «Artım olarsa, komitə vergi və rüsumları toplayıb dövlət büdcəsinə köçürəcək» deyə M.Vahabov bildirib. Media icmalı

20:57 2.2.2016

Bu günki AzadlıqLive-da:

İqtisadi azadlıqda Azərbaycan dünyada 91-cidir- qismən azaddır

İqtisadçı Oqtay Haqverdiyev deyir ki, Azərbaycanda indiki iqtisadi model 10-15 il əvvəl lazım idi, indi köhnəlib. O həmçinin düşünür ki, kiçik ökəyə bu qədər məmur çoxdur

Gözlə
Embed

No media source currently available

0:00 0:01:26 0:00
Direct-ə keçid

İqtisadi Təhlil ictimai birliyinin sədri Məhəmməd Talıblı isə deyir ki, Gürcüstanda iqtisadi islahatlar sürətlə gedir. Azərbaycanda isə inhisar, korrupsiya, daxili və xarici investorlara fərqli rejim və s. hökm sürür

Gözlə
Embed

No media source currently available

0:00 0:00:49 0:00
Direct-ə keçid

Qızılsatanlar da dilə gəldi

18:14 2.2.2016

Tacikistanda türk adı qoymaq olmaz

Tacikistanda doğulmuş uşaqlara qoyulan adlar 4 min adı ehtiva edən vahid reyestrdən seçiləcək. Bu məlumatı ölkənin dil və terminologiya komitəsinin mətbuat xidməti verib.

Reyestrin 2016-cı ilin əvvəlində çap olunması planlaşdırılır.

Komitə nümayəndəsi qeyd edib ki, bundan sonra taciklər öz uşaqlarına "kul" (qul), "xon" (xan) kimi türk sonluğu olan adlar (məsələn, Amirkul, Saidxon, yəni, Əmirqulu, Səidxan ) qoya bilməyəcəklər.

17:26 2.2.2016

Qızılsatanların tələbi: yer haqqı azaldılsın

“Moskva” univermağında etiraz aksiyası: sahibkarlar işi dayandırıblar

“Moskva” univermağının birinci mərtəbəsində qələbəlikdi. İlk baxışdan elə bilərsən, müştəri bolluğudur. Amma azacıq irəli yeriyəndə boş piştaxtalar başqa mətləbdən xəbər verir: əsasən zərgərlik məmulatlarının satıldığı bu univermaqda satış dayanıb.

Sahibkarlar bütün mallarını piştaxtadan yığışdırıblar və üçbir- dördbir toplaşıblar. Satıcı xanımlar da öz yoldaşları ilə baş-başa verib. “Biz mal satmırıq, bununla da etiraz aksiyası keçiririk”, -satıcı xanımlardan biri deyir.

Onların etiraz aksiyasında heç bir şüar yoxdur, şüarı da, etirazı da boş piştaxtalardan “oxumaq” olar: Hər zaman piştaxtanın üzərində olan kalkulyatorlar, qızılölçən tərəzilər, aldığı qızılı üzərində yoxlamaq istəyən müştərinin boylandığı güzgülər, boş üzük qabları şüşənin altında lazımsız əşya kimi atılıb.

Davamı

XS
SM
MD
LG