Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

«Generalın son əmri» verildi


«Generalın son əmri»
«Generalın son əmri»

-

Dövlət Akademik Milli Dram Teatrında «Generalın son əmri» tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, Xalq şairi Vaqif Səmədoğlunun eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu rəssamı Nazim Bəykişiyev, bəstəkarı Cavanşir Quliyevdir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan tamaşada əsas rolları Cəfər Namiq Kamal, Sabir Məmmədov, Mehriban Xanlarova, Almaz Amanova, Ayşad Məmmədov, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov və başqaları ifa ediblər.

«Generalın son əmri» Vaqif Səmədoğlunun ən maraqlı səhnə əsərlərindəndir.

Pyesin qəhrəmanı 37-ci il repressiyalarının icraçılarındandır.

İlk dəfə bu pyesi Gənclər Teatrında mərhum rejissor Hüseynağa Atakişiyev tamaşaya qoyub.

Ramiz Həsənoğlunun quruluşunda tamaşa şairin 75 illiyi şərəfinə səhnələşdirilib.

2014-cü il sentyabrın 19-da Milli Dram Teatrında tamaşanın premyerası olub.

Yanvarın 28-də Vaqif Səmədoğlunun yoxluğunun bir ili tamam olur.

XS
SM
MD
LG