Neftin qiyməti 30 dollardan götürülür
2016-cı il üçün Azərbaycanın dövlət büdcəsinin yeni layihəsi hazırlanır.
"APA-Economics"in xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
E. Rüstəmov deyib ki, sənəd neftin yeni, real qiymətlərinə uyğunlaşdırılır: "Büdcə layihəsində neftin baza qiyməti 30 dollardan götürüləcək, yəni təsdiq olunmuş dövlət büdcəsindəki rəqəmdən 20 dollar aşağı".
Ələtdə "Honkonq" yaradılacaq
Azərbaycan Ələtdə yeni azad iqtisadi zonanın yaradılmasına 1 mlrd. ABŞ dolları cəlb edə bilər. Yeni azad iqtisadi zonanın qəsəbədə inşa olunan Bakı limanı ətrafında tikilməsi nəzərdə tutulur.
Bu barədə «Report»a «Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC-nin baş direktoru Taleh Ziyadov bildirib.
Onun sözlərinə görə, layihənin ilkin konseptual planı hazırlanıb və dövlət başçısının rəyi gözlənilir.
«Hesab edirik ki, orada Honkonq kimi böyük iqtisadi canlanma üçün azad iqtisadi zona yaradıla və bu, qeyri-neft sektoruna təkan verə bilər. Bu, regionda yükaşırma, paketləmə, saxlama üçün iqtisadi cəhətdən çox lazımlı zona olacaq. Bilavasitə limandan istifadə oluna biləcək», - T.Ziyadov qeyd edib.
İpoteka sadələşdirilir
«İpoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq».
APA-nın məlumatın görə, bunu maliyyə naziri Samir Şərifov deyib.
S.Şərifov qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur: «Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. Eyni zamanda faiz siyasətinə yenidən baxılması zərurəti yaranıb».
Bu günki AzadlıqLive-da:
"Bank of Azerbaijan"ın lisenziyasının ləğvi və bütün əmanətlərə sığorta qanunu arasında əlaqə varmı?
Əmanətə zəmanət
No media source currently available
İran-Azərbaycan münasibətlərinin indiki durumu
Sədrəddin Soltan
No media source currently available
13 rus oliqarxı bu ilin əvvəlindən 11 milyard dollar itirib
Azərbaycanda çörəyin qiymətini aşağı saxlamaq mümkün olacaqmı?
Çörəyin qiyməti
No media source currently available