Qaradərili aktyor və rejissor Oscar mərasimini boykot edir
Rejissor Spike Lee və aktrisa Jada Pinkett qaradərili hüquqları uğrunda əfsanəvi mübariz Martin Luther King-in doğum günündə Kino Akademiyası Mükafatları mərasimini boykot etdiklərini bəyan ediblər.
Bu barədə göndərdikləri ayrı-ayrı mesajlarda onlar fevralın 28-də keçiriləcək mərasimə qatılmayacaqlarını bildiriblər. Oscar ötən cümə axşamı, iki il dalbadal yalnız ağdərililərdən ibarət namizədlər siyahısını açıqlayandan bəri tənqidlərlə üzləşir.
“Biz bu tədbiri dəstəkləyə bilmərik. Bu hörmətsizlikdir. Necə olur ki, iki il dalbadal aktyorluq kateqoriyası üzrə bütün 20 namizədin hamısı ağdərili olur? Biz hələ başqa kateqoriyaları demirik” – yazıb Lee İnstagramda, - İki ildə 40 ağdərili aktyor! Nədir, yoxsa biz aktyorluq bacarmırıq. WTF!"
Qeyri-neft sektoru üçün indi "fantastik dövrdür"
Xam neftin qiyməti düşdükcə iş yerlərinin itirilməsi fonunda Norveç neftdən asılılığını azaltmaq üçün yeni planlar ortaya qoymağa məcburdur.
Nordea Bankdan Snorre Storset deyir ki, "bu dəyişiklik bizim düşündüyümüzdən bir qədər tez gəlir. Uzaq perspektivdə bu, Norveç üçün üstünlükdür, çünki bizi yeni iş yerləri yaratmağa vadar edir."
Norveç son 18 ayda neft qiymətlərinin 72 faiz aşağı düşməsinin fəsadlarına uyğunlaşmağa çalışır. Hökumət ölkə iqtisadiyyatının neftə bağlılığını azaltmaq üçün transformasiyaya başlamağa məcbur olub.
Macarıstanda 200 azərbaycanlı tələbə oxuya biləcək
Macarıstan hökuməti 2015-ci ildən etibarən 200 azərbaycanlı tələbənin həmin ölkənin dövlət universitetlərində təhsili üçün təqaüd ayırıb. Bu barədə Macarıstanın Təhsil Təşkilatının məlumatında deyilir.
“Macarıstan universitetlərinin diplomları Azərbaycan hökuməti tərəfindən tanınır”, deyə təşkilat qeyd edir.
Məlumatda həmçinin deyilir ki, “British Educational Centre”in təşkilatçılığı ilə yanvarın 24-də saat 15:00-da “Macarıstanda Təqaüdlü Təhsil” Seminarı keçirəcək. Təqdimat Caspian Plaza Biznes Mərkəzində British Educational Centre şirkətinin ofisində olacaq.
“Bəzi rayonlarda baş verən etiraz aksiyaları manatın devalvasiyası ilə bağlı deyildi”
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib:
“Sadəcə, işləmək istəməyən insanlar belə bir cəhd edirlər. Deyirlər, bankdan pul götürmüşük, bu pullar silinsin. Bu məsələləri dövlət başçısına məruzə etdik”.