Keçid linkləri

2026, 30 Aprel, cümə axşamı, Bakı vaxtı 23:40
Davos
Davos

AzadlıqLive - İlham Əliyev: "manata əlavə dəstək olmayacaq"

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir.

Azərbaycanda və dünyada baş verənlər haqqında xəbərləri anındadaca burada izləyin... Xəbərlər müntəzəm yenilənir, DAVAMI düyməsini vurmaqla öncəki saatların xəbərlərini izləyin.

15:05 19.1.2016

BVF iqtisadi artım proqnozunu aşağı salır

Beynəlxalq Valyuta Fondu dünyada iqtisadi artım proqnozunu keçən ilin oktyabrı ilə müqayisədə bir qədər aşağı salıb. İndi Fond builki artımı 3,4 faiz tərtibində gözləyir. 2017-ci ildə artım bir qədər çox, 3,6 faiz olmalıdır.

13:52 19.1.2016

5 min dollaracan kreditə güzəşt ola bilər

Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov dollarda kredit götürənlərə güzəşt edilib-edilməyəcəyinə aydınlıq gətirib. O, «bu məsələ bizim iqtisadi komandanın gündəliyinə daxildir və müzakirə olunur» deyib.

«5 min dollaradək kredit götürən müştərilərə müəyyən güzəştlər ola bilər. İlkin hesablamalara görə, söhbət 250 milyon manatdan gedir. Burada əsas məsələ kompensasiyanın maliyyə mənbəyinin tapılmasıdır. Bu, təkcə, Mərkəzi Bankın səlahiyyətinə aid olan məsələ deyil, buna, bütövlükdə, Azərbaycanın iqtisadi komandası qərar verməlidir», - MB rəhbəri söyləyib.

Deputat Vahid Əhmədov AzadlıqRadiosuna hökumətin 10 min dollaradək kreditlərin köhnə məzənnə ilə - 1.05 manatla ödənməsini müzakirə etdiyini söyləmişdi. Deputat bununla bağlı razılaşma olduğunu, ancaq maliyyə mənbəyi axtarıldığını da demişdi.

13:12 19.1.2016

Rusiyanın 13 ən varlısı 10 günə 11 milyard itirib

“Onlar ağlagəlməz sərvəti birdən-birə topladılar. Ancaq Rusiya oliqarxlarının erası da bitməkdədir, neft ucuzlaşır, rublun çöküşü isə dünyanın ən varlılarının böyük itkilər verməsilə sonuclanır”. “The Telegraph” qəzetində John Ficenec yazır ki, neftin barreli 30 dollardan düşdükcə, Rusiya varlıları 10 günə 11 milyard dollar itiriblər.

Sibneft-in satışından milyardlar qazanan, Chelsea futbol klubunun sahibi Roman Abramovich 820 milyon, polad maqnatı, Arsenal-ın üçdə birinin sahibi Alisher Usmanov ilin əvvəlində 910 milyon dollar itirib.

Mədən şirkətləri hesabına ölkənin ən sərvətlilərindən birinə çevrilmiş Vladimir Potanin-in itkisi 1.3 milyard dollardır, sərvəti 13.3 milyarda düşüb. Novatek qaz nəhənginin rəhbəri Leonid Mikhelson-un var-dövləti isə 1.5 milyard azalaraq 11.5 milyarda düşüb.

Bloomberg-in göstəricilərinə görə, ümumilikdə 130 milyard dollara sahib olan 13 varlı rusiyalının ilin əvvəlindən 11.1 milyardı küləyə sovrulub.

13:08 19.1.2016

Neqativ mesajlar

"Azadlıq" qəzeti yazır ki, AXCP sədri Əli Kərimli yanvarın 18-də İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirəni, o cümlədən Azərbaycanın beynəlxalq qurumlardan yenidən borc almaq, dövlət müəssisələrini özəlləşdirməyə çıxarmaqla bağlı hökumətin planlarını şərh edib. Əli Kərimli bu barədə fikirlərini Facebook səhifəsində paylaşıb.

AXCP sədrinin qənaətincə, sonuncu müşavirədə cəmiyyətə «çox neqativ mesajlar» verilib: «Hökumət bu gün xalqa dedi ki, narahat olmayın, xaricdən çoxlu borc alacağıq, olan-qalan dövlət müəssisələrini də özəlləşdirəcəyik.

Xalq da düşünəcək ki, hələ ölkə neft pullarında üzən vaxt xaricdən 25 milyard dollardan artıq (dövlət zəmanəti ilə bank və şirkətlərin də aldığı ilə birlikdə) kredit almısınız. O 25 milyardın bizə bir faydası olubmu ki, indi alacağınız 3-5 milyardın da faydası olsun?

Davamı

XS
SM
MD
LG