«Azərbaycanda bank sektoru sabitdir»
APA-nın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov yanvarın 19-da Milli Məclisdə komitələrin birgə iclasında belə deyib.
«Bu ağır iqtisadi şəraitdə 1-2 bank çox zəiflik nümayişlik etdirib. Onların ödəmə qabiliyyətində problem oldu. Amma bank sektorunda vəziyyət bütövlükdə sabitdir. Bu gün bank sektorunda kifayət qədər likvidlik var. Azərbaycanın bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 14%-dir. Düzdür, problemlər var, hər şeyi çəhrayı rəngdə təqdim etmək fikrində deyilik» - baş bankir bildirib.
Elman Rüstəmov deyib ki, zəif banklar birləşməlidir və bu bankların birləşməsi əhalidə də rahatlıq yaradacaq.
E.Rüstəmovun fikrincə, zəif bankların birləşməsi beynəlxalq banklar üçün də əlverişlidir. «Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir»
Bu günki AzadlıqLive-da:
Hansı Dövlət müəssisələri özəlləşdirilə bilər və islahatsız bu nəyə gətirə bilər?
“Dövlətimiz və xalqımız naminə keçmişdə olan umu- küsüləri, haqsızlıqları - kimin tərəfindən asılı olmayaraq unutmanızı və bir masa ətrafında əyləşərək mövcud durumu müzakirə etməyinizi xahiş edirəm”. Bunu Müsavat Partiyasının başqan müavini, vəkil Osman Kazımov müxalifət liderlərinə ünvanlayıb. Osman Kazımov: " Kimin nə deməyindən asılı olmayaraq, xalqın ümidi müxalifətədir."
Müxalifət partiyaları regionlarda etiraz aksiyalarını niyə qıraqdan izləyir? AXCP sədri Əli Kərimli:" hal-hazırda Azərbaycan xalqı özü öz sosial narazılığını ifadə etmək istəyir, niyə biz imkan yaratmayaq ki, əzilən insanlar öz etirazlarını ünvanlı şəkildə çatdırsınlar"
Millət vəkili Aqil Abbas deyir ki, "mənə müraciət etsin, mən ona Ağcabədidə iş tapım"
Yumurtanın qiymətini qaldıran şirkət əməkdaşları həbs edilib
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, manatın məzənnəsində baş vermiş dəyişiklikdən istifadə edərək süni qiymət artımı, mal qıtlığı yaradılması, inhisarçılıq və digər sui-istifadə hallarının qarşısının alınması məqsədilə ardıcıl olaraq təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.
“Giləzi Quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə direktoru Elçin Əliyev xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 60 qəpiyə qaldıraraq çox sayda təsərrüfat subyektlərinə və fiziki şəxslərə ümumilikdə 211 min 790 manat artıq qiymətə, “Hacıqabul Quşçuluq Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış üzrə meneceri Amid Babaşov isə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 50 qəpiyə qaldıraraq ümumilikdə 141 min 63 manat artıq qiymətə satışını apararaq həmin məhsulun ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətlər ediblər.
İlham Əliyev elmi işçilərin maaşını 10 faiz artırdı
Azərbaycan prezidenti İlham Əliyev dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
APA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarında çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.