Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 23:54
manat
manat

AzadlıqLive -Yalnız AzərTürk Bank valyuta satır

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

Azərbaycanda və dünyada baş verənləri burdan izləyin...

12:56 14.1.2016

Heydərovlar biznesə nəzarəti verdilər

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Böyük Britaniyadakı biznesləri üzərində nəzarəti itiriblər. «Dumanlı Albion»dakı UEI şirkətlər qrupu 1987-ci ildə Cersi adasında qurulmuş «JTC Group» şirkətlər qrupunun idarəetməsinə keçib.

Söhbət «United Enterprises International Ltd» (UEI), eləcə də törəmələri olan «UEI Real Estate Ltd», «UEI Property (UK) Ltd», «UEI Restaurants Ltd», «Cafe Baku Ltd» və «Azerbaijan Juices Ltd» şirkətlərindən gedir. Rəsmi açıqlamalara görə, onların səhm və idarəçiliyi «JTC (Guernsey) Ltd» şirkətinə keçib.

AzadlıqRadiosunun Tale və Nicat Heydərovların bu qəfil qərarı vermə səbəblərini öyrənmək cəhdləri uğursuz bitib; UEI şirkəti Bakı ofisinin telefonu cavab vermir, London ofisinin elektron poçtu isə qəbul edilən məktublara məhdudiyyət qoyub.

20:57 13.1.2016

Bu günki AzadlıqLive-da:

Bölgələrdə etiraz aksiyaları- Siyəzəndə, Ağcabədidə, Limanda, Füzulidə, Ağsu-da. Ağcabədidə özünü atmaq istəyən: “Artıq dözə bilmədim, çıxdım dama”. “Uşağım dünən məndən 10 qəpiklik “suxarik” istəyib, ala bilməmişəm. Düz bir saat ağlamışam... Allaha and olsun, yoldaşım dedi ki, “mən əyin-baş da istəmirəm, elə edək bu uşaqlar dolansın”. Dünən bir-birimizin üzünə baxıb ağlamışıq. Sonra da...”

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, islahatlar keçirilməsə, bölgələrdəki aksiyalar digər rayonlara da yayılacaq:“Azərbaycanın əksər əyalətlərində kortəbii təsir bağışlayan etiraz aksiyalarının keçirilməsi qaçılmazdır. Ölkədə iqtisadi– sosial problemlər həddən artıq çoxdur."

Gözlə
Embed

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid

Şərq Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da deyir ki, kortəbii aksiyalar ciddi təhlükələr yarada bilər:“Dünən (yanvarın 12-də-red.) başlayan aksiyalar bu gün genişlənib. Bu, yaxşı əlamət deyil."

Gözlə
Embed

No media source currently available

0:00 0:00:45 0:00
Direct-ə keçid

Müsavat başqanı DİN-dən xəbərdarlıq alıb

Gözlə
Embed

No media source currently available

0:00 0:02:50 0:00
Direct-ə keçid

18:23 13.1.2016

“KORTƏBİİ AKSİYALAR TƏHLÜKƏLİ MƏCRAYA KEÇƏ BİLƏR”

Ekspertlər deyir ki, bölgələrdə keçirilən etiraz akiyaları hakimiyyət üçün siqnal olmalıdır.

Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, islahatlar keçirilməsə, bölgələrdəki aksiyalar digər rayonlara da yayılacaq:

“Azərbaycanın əksər əyalətlərində kortəbii təsir bağışlayan etiraz aksiyalarının keçirilməsi qaçılmazdır. Ölkədə iqtisadi– sosial problemlər həddən artıq çoxdur. Ən əsası, hakimiyyət daxilində mərkəzdənqaçma tendensiyaları güclənib. Hakimiyyət kadr dəyişikliyinə getməyə məhkumdur. Yaxın zamanlarda ölkənin yeni baş nazirinin kim olacağı sualı aktuallaşacaq. İstənilən halda arxasında siyasi təşkilatların dayanmadığı kortəbii aksiyaların keçirilməsi proqnozlaşdırıla bilməyən effektlər verə bilər. Aksiyalar kortəbii xarakter alanda, onu cilovlamaq mümkün olmur."

18:10 13.1.2016

Dərmanların qiymətini süni şəkildə artıran şirkət rəhbəri tutulub

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi, 150A saylı ünvanda yerləşən “Novo Vita P” MMC tərəfindən idxal olunan dərman vasitələrinin qiymətinin süni surətdə dəfələrlə artırılması, gömrük bəyannaməsi olmayan dərman vəsitələrinin anbarda saxlanması və qanunsuz satılması müəyyən edilib.

“Novo Vita P” MMC-nin icraçı direktoru İqbal Heydərov vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraq vətəndaşların hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb, İ.Heydərov şübhəli şəxs qismində saxlanılıb.

Davamı

XS
SM
MD
LG