Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:50

Azərbaycan haqda əcnəbilərin yazdığı 5 məhşur kitab


Nyu York İctimai Kitabxanası
Nyu York İctimai Kitabxanası

-

Azərbaycan haqda əcnəbilərin yazdığı kitablar çoxdur. Onlardan beş məhşurunu təqdim edirik.

1. Azərbaycan: Kimlik axtarışı (Qafqaz dünyası)

Routledge nəşriyyatı, 2000

Müəllif: Charles van der Leeuw

Kitabın annotasiyasında deyilir:

Bu kitab ingilis dilində yazılmış ilk kitabdır ki, bizim eradan əvvəl sakinlərinin məskunlaşmasından tutmuş bugünkü neftə əsaslanan siyasi iqtisadiyyatının formalaşmasına qədər, Azərbaycanı göstərir.

Azərbaycan Xəzərdə dünyanın neft istehsalı mərkəzlərindən biri kimi, post-Sovet dövründə Qafqazın artan strateji və mədəni əhəmiyyətilə beynəlxalq diqqətin getdikcə daha çox mərkəzinə düşür. Azərbaycan, İrandan başqa yeganə şiə ölkəsidir və cənub qonşularından fərqli olaraq, dini və sosial tolerantlığı, dini rütbəli şəxslərin siyasətə qarışmaması ilə seçilir.

Charles van der Leeuw jurnalistdir, “Qafqazın başı üzərində tufan” (Storm over the Caucasus) kitabının müəllifidir, Azərbyacanda uzun illər yaşayıb.

O, bu kitabda Azərbaycnalıların eramızdan əvvəl öz kimliklərini necə təyin etməsi mövzusuna xüsusən həssas yanaşır, Tarixi prosesi, müasir millətin aydın mənzərəsini çəkir.

2. “Rusiya, Ukrayna və Azərbaycanda növbəti nəsil: Gənclik, Siyasət, Kimlik və Dəyişiklik”

Müəllif: Nadia Diuk
Rowman & Littlefield nəşriyyatı, 2012

Kitabın annotasiyası:

Son 20 ildə keçmiş Sovet İttifaqı ölkələrində çoxlu dəyişikliklər olub. İnqilablar, gəncliyin protest hərəkatları və başqa siyasi dirənişlər.

Bütün bunların mərkəzində eşidilmək və dəyişiklik istəyən gənc liderlər dayanıb. Nadia Diuk bu dərin tədqiqat kitabında o gənc liderlərin necə ortaya çıxması və necə yeni siyasi sistemin bir hissəsi olduqlarını göstərir.

O, unikal ictimai rəy sorğuları, şəxsi müsahibələr yolu ilə yeni nəsil liderlərin siyasi sistemi formalaşdırması və islahat tələbləri haqda yazır.

Şərqi Avropa elmləri, siyasi dəyişiklik, protest hərəkatları, gənclik və siyasətlə maraqlananlar üçün vacib mənbədir.

3. Gürcüstan, Azərbaycan, Ermənistan

Müəllif: John Noble

Lonely Planet nəşriyyatı, 2004

Üç Cənubi Qafqaz ölkəsinin səyahət bələdçisi olan yeganə kitabdır. Regionun ecazkar tarixi, başgicəlləndirici mədəniyyəti, həmçinin təhlükəsizlik, sərhəd keçidləri kimi məsələlərdə praktik məlumatlar verən bir mənbədir.

4. Qara Bağ: Ermənistan və Azərbaycan

"Qara Bağ" kitabının ikinci nəşrinin üz qabığındakı foto
"Qara Bağ" kitabının ikinci nəşrinin üz qabığındakı foto

İlk dəfə 2004, sonra 2013-cü ildə yeni redaktə və əlavələrlə nəşr olunub.

Müəllif: Thomas de Waal

New York University Press nəşriyyatı

Annotasiyası:

Bu kitab iki cənubi sovet respublikasının münaqişəyə necə batması, bu münaqişənin onların Sovet İttifaqına son qoyan müstəqilliklərinin qazanılmasına necə kömək etməsi, 1988-ci ildən etibarən Dağlıq Qarabağ münaqişəsinin necə irəliləməsi, müharibə vaxtı və müharibədən sonra hadisə yerindən reportajlarla birgə təfərrüatlı mənbədir.

Yarı tarix, yarı səyahət kitabı, yarı siyasi təhlildən ibarət bu kitab Cənubi Qafqaza səfərlər, regiondan, Moskva və Vaşinqtondan 120 müsahibəni də ehtiva edir...

5. Azərbaycanın tarixi lüğəti (Asiya, Okeaniya və Orta Şərq tarixi lüğətləri)

Müəlliflər: Tadeusz Swietochowski və Brian C Collins

Scarecrow Press,1999

Tarixlə yanaşı, iqtisadiyyat, cəmiyyət, din, mədəniyyət haqqında xronologiyalar da ehtiva edir, Azərbaycan mövzusunda qiymətli mənbədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG