Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:58

-

Ağ Ev bildirir ki, ilkin dəlillər Şimali Koreyanın hidrogen bombasını uğurla sınaqdan çıxardığını göstərmir. Sözçü Josh Earnest Pxenyanın yanvarın 6-da nəyi sınaqdan çıxardığını açıqlamayıb. Şimali Koreya məhz hidrogen bombasından danışır.

“İlkin təhlil Şimali Koreyanın hidrogen bombasını uğurla test etməsi iddialarına uyğun gəlmir”, Earnest deyib. O, insidenti “BMT qətnamələrinin provokativ və kobud pozuntusu” adlandırıb.
“Şimali Koreya dünyanın ən çox təcrid olunmuş ölkələrindən biridir və daha artıq təxribatçı hərəkətlər bu təcridi dərinləşdirir”, Earnest deyib.

Yanvarın 6-da təcili iclas keçirən BMT-nin Təhlükəsizlik Şurası sınağı pisləyib və yeni sanksiyalarla hədələyib.

XS
SM
MD
LG