Keçid linkləri

Təcili xəbərlər
2021, 09 May, bazar, Bakı vaxtı 16:34

Ukrayna Krımın işığını kəsir


-

Krım rəsmisi bildirir ki, Ukrayna regiona verilən elektrikin böyük bir mənbəyini kəsib. Bir ay öncə də Rusiyanın ilhaq etdiyi yarımada qaranlığa qərq olmuşdu.

Sevastopol şəhər qubernatorunun sözçüsü Kirill Moskalenko dekabrın 31-də deyib ki, Ukrayna Krıma gedən Kakhovka-Titan xəttini kəsib.

“Bu xətt yarımadanı 250 meqavatla təmin edirdi. İndi Sevastopol 195 meqavat əvəzinə 150 meqavat alır”, Moskalenko deyib..

Xəttin operatoru olan Ukrenergo bildirib ki, Kakhovka-Titan xətti texniki problemlərə görə kəsilib, Kakhovka şəhərində bəzi avadanlıq sıradan çıxıb.

Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq olunub. Bu yarımadanın işıqlandırılmasına 1 qiqavat elektrik enerjisi lazımdır.

Krım rəsmiləri bildirib ki, elektrikdən istifadə məhdudlaşdırılacaq.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG