-
James Joyce’un 15 ilə yazdığı son romanı "Finnegans Wake" (1939) Azərbaycanda olduğu kimi, Türkiyədə də illərcə, yazılma texnikası və dil baxımından, "çevrilməz" ibarəsiylə uzaq durulmuş bir əsər olub.
Amma bu ay qəflətən Türkiyədə iki nəşriyyat arasında bu əsərə görə narazılıq yaranıb.
Əvvəlcə dekabrın 5-də Türkiyədə "Aylak Adam" nəşriyyatı sosial şəbəkələrdəki rəsmi hesablarında "şok bir əsərin öhdəsindən gələrək tərcümə etdiklərini" elan edib. Bir neçə gün əvvəl isə həmin kitabın hansı kitab olduğunu açıqlayıb:
"Bu kitab "Finnegans Wake"-dir, Umur Çelikyay’ın tərcüməsində. Üç cilddə çıxacaq “Finnegan’ın Vahı”nın ilk cildi 1 yanvar, 2016-cı ildə rəflərdə olacaq."
Bunun ardınca Türkiyədə "Sel Yayıncılık" xəbər yayıb. Xəbərdə deyilir:
"Tərcüməçi Fuat Sevimay ilə müqavilə bağlayan İrlandiya ədəbiyyatının təbliği təşkilatı "Irish Literature Exchange" (ILE) onun göndərdiyi nümunə tərcüməni uğurlu hesab edib.
Sevimay, ILE və Dublin Trinity Kollec tərəfindən Joyce mütəxəssislərilə birgə çalışmaq üçün Dublinə dəvət edilib və beş ay müddətində bu tərcümə üzərində işləyib.
Tərcümə müddəti tamamlanıb, "Sel Yayıncılık"da sözügedən kitab üzərində iş gedir. Bu kitabı üç yox, bir cilddə oxucuyla görüşdürəcəyik."
Bu, təsadüfdürmü?
Məlum olub ki, Fuat Sevimay bu kitabın tərcüməsinə əvvəlcə "Aylak Adam" nəşriyyatı ilə başlayıb, sonra məmnun qalmayıb, tərcüməyə "Sel Yayıncılık" ilə davam etməyə qərar verib.
Belə olanda "Aylak Adam" nəşriyyatı yeni bir tərcüməçi - Umur Çelikyay ilə müqavilə bağlayıb.
Beləcə, oxucunun qəflətən bir yox, iki "Finneqanın Vahı" olacaq.
Azərbaycanda
Azərbaycanda isə bu əsərin adı üstündə "dava"dır. Bir çoxu bu əsərdən bəhs edərkən "Finneqanın oyanışı" yazır, bir çoxu da "Finneqanın yası".
Həmçinin oxu: