Bakının müxtəlif yerlərində olan qəzalı binalardan biri də Sabunçu rayonundadır. Dilqəm Pişəvari küçəsi 13q ünvanında yerləşən üçmərtəbəli bina əvvəllər mədən işçilərinin yataqxanası olub. İndi burada həm yerli sakinlər, həm də məcburi köçkünlər yaşayırlar. Sakinlər dəfələrlə aidiyyəti qurumlara üz tutsalar da, hələ ki, nə Fövqəladə Hallar Nazirliyi və Mənzil-Kommunal İstismar Sahəsinin nümayəndələri buraya baxış keçirib. Düzdür, sakinlərə mütləq köçürüləcəklərini söyləyiblər. Amma köçürülmənin dəqiq vaxtını bildirməyiblər.
Sabunçudakı qəzalı binada yaşayan sakinlər köçmək istəyir

1
Sabunçu rayonundakı Dilqəm Pişəvari küçəsi 13q ünvanında yerləşən üçmərtəbəli qəzalı bina

2
Buralar neft mədənləri ərazisi adlanır

3
Binada 18 ailə, 170-dən çox sakin yaşayır

4
Əvvəllər mədən işçilərinin yataqxanası olan binada yaşayanlar nə vaxt köçürüləcəklərini bilmirlər