Bu günki Azadlıq Live-da:
Evinizdə istilik varmı? Dinləyicilərimizin Facebook-da yazıdaqları cavablar:
BMT deyir ki, işgəncə şikayətləri araşdırılmır. Niyə? Və ya bu doğrudanmı belədir? Ombudsman Aparatının şöbə müdiri Rəşid Rumzadə:
İlin sonunda Bakı bulvarında uşaqlar üçün pulsuz əyləncələr planlaşdırılır
Prokuror Rauf Mirqədirova 7 il həbs istəyir
Dekabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə qapalı keçirilib.
Proses dekabrın 23-də davam edəcək. Həmin gün vəkil Fuad Ağayev müdafiə çıxışı edəcək. Rauf Mirqədirov isə son söz söyləyəcək.
İŞİD qruplaşması yeni neft axtarır
«İslam Dövləti» (İŞİD) silahlı qruplaşması Suriyadan kənarda, Liviya və başqa yerlərdə də neft mənbələri axtarır. Bunu ABŞ rəsmisi çərşənbə axşamı deyib. Hazırda İŞİD Suriyada neft və qaz yataqlarının 80 faizinə nəzarət edir.
«Reuters» yazır ki, adının çəkilməsini istəməyən rəsmi Vaşinqtonda jurnalistlərə danışıb, deyib ki, Birləşmiş Ştatlar hücuma məruz qala biləcək neft yataqlarına, kəmərlərə, marşrutlara kimin nəzarət etdiyini araşdırır.
Vəkil Elton Quliyev vəfat edib
Tanınmış vəkil Elton Quliyev vəfat edib. Bu barədə vəkil Adil İsmayılov Facebook səhifəsində yazıb. 59 yaşlı Elton Quliyev bir müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Vəkil Elton Quliyev AzadlıqRadiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayılın həbsi zamanı onu ilk müdafiə edənlərdən olub. Daha sonra səhhətinə görə bu işdən uzaqlaşıb.
O, 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.
Elton Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb.
1991-ci ildə öz istəyi ilə daxili işlər orqanlarından çıxıb.