Keçid linkləri

Təcili xəbərlər
2020, 03 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:54

İsrail Trump-a qadağa qoymur


Donald Trump

-

ABŞ-da prezidentliyə respublikaçı namizəd Donaıd Trump-ın dekabrın 28-də İsrailə səfər etməsinə icazə veriləcək. Trump müsəlmanların Birləşmiş Ştatlara girişinə qadağa qoyulmasını təklif edəndən sonra İsrailə çağırışlar başlamışdı ki, bu səfərə icazə verilməsin.

37 israilli deputat baş nazir Benjamin Netanyahu-ua məktub yazaraq onu Trumpl-a görüşünü təxirə salmağa çağırmışdı. Həmin deputatlardan ikisi elə baş nazirin hakim koalisiyasındandır.

Ancaq Netanyahu dekabrın 9-da bu təklifi rədd edib, ancaq Trump-ın müsəlmanlarla bağlı fikirləri ilə razılaşmadığını da dilə gətirib.

“İsrail bütün dinlərə hörmətlə yanaşır və bütün vətəndaşlarının hüquqlarını təmin edir. Eyni zamanda bütün dünyada müsəlmanlar, xristianlar və yəhudilərə yönəlmiş silahlı İslamla mübarizə aparır”, o deyib.

İsrailin 8 milyonluq əhalisinin bir milyonundan çoxu müsəlmanlardır.

ABŞ-ın respublikaçı namizədləri yəhudi dövlətinə dəstək göstərmək məqsədilə tez-tez İsrailə səfər edirlər. Netanyahu deyib ki, gəlmək istəyən istənilən namizədlə görüşməyə hazırdır.

XS
SM
MD
LG