Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 20:47

AB sanksiyaları təzələməyi ertələdi


Foto illüstrasiya

-

Dekabrın 9-da Avropa Birliyi ölkələri blokun Rusiyaya qarşı sanksiyalarının təzələnməsi barədə qərarı ertələyib. Belə ki, Rusiya və İtaliya məsələni müzakirə etməyə çağırıblar.

Yanvarın sonunda sanksiyalar bitir deyə 28 üzv ölkənin səfirləri daha 6-aylıq uzadılma barədə qərar verməliydilər. Qərar Brüsseldə heç bir müzakirə olmadan çıxarılmalıydı.

Ancaq Roma bildirib ki, məsələni AB liderləri gələn həftə Brüsseldə müzakirə etməlidir. Bəzi cənubi Avropa ölkələri isə sanksiyaların saxlanmasına könülsüz yanaşır.

Sanksiyalar Moskva ötən ilin martında Ukraynanın Krım yarımadasını anneksiya edəndən sonra qoyulub, Rusiyanın bank, neft, müdafiə sənayesini əhatələyir.

Ötən ilin ortasında qoyulan sanksiyalarla bağlı Baltik ölkələri, bəzi Şərqi Avropa ölkələri sərt mövqe tutur, bu qadağaların saxlanmasına çalışır.

XS
SM
MD
LG