-
Alyoşa
moskva yaşılında qatar
həkimim əyri-üyrü mavisiylə
bir də qadın əli verdi cibindən
gözümdən buludları üfləməliymiş həm
və soruşdu ki, atan heç aşiq olmuşdumu, düşündüm
üzüm tarlaları və moskva qatarı keçdi mavidən
anamın zümzüməsi başladı
atam moskva qatarında yaşayıb
ağacları pəncərədə yaşıl bir vaqon
siqnal səsinə bütün sərçələr oyanar və pişik görərmiş
atam evimizə pəncərədən əl atar
böyümüşdük, əli ancaq dizimizə çatardı
biz üzüm tarlasında uşaqlıq
bədənimiz oyunlara batar, bütün çöl-bayır sürüyə
moskva qatarında tanrıya rastlayıb atam
sapsarı səsində yol bitməz, qarlı
öləndə də əzbərləyərdi ona yazdığı şeiri
anam həvvaydı
həkimim gündə üç dəfə bu allahdan iç dedi
səhər dodaqlarını
...
moskva qatarına tanrı unudulmuş bir nağılın alması
bütün kişlər dirilmiş səsindən dinləmiş üzünü
geri dönənlər ev böyüklükdə qaya parçasını almış çiyninə dolaşar
moskva yaşılında qatar atamdan uzun və qan damarı kimi ürəyə axar
bu uzun yolun bəzi anlarında həyat durub gözünün içinə baxar, atam
öləndə də əzbərlədiyi o şeiri ağlında qurcalayıb başlamış yaşamağa
uşaqlığıma berezkada dayanan sarı ekarus ayrılığın rəngi
bir arayışda ruhi sarsıntı qeydləri nə vaxtsa işə yaramış
tanrı xatırlanıqca dirilib onu oxşamış, öpmüş ağzının içini
dayımdan öyrəndim, çaxır da varmış, qan qırmızısı, bütün günahlara batıb xoşbəxt olarmış
uşaqlığımda hər kəs böyükdü, ağaclar, divarlar, stolpalar, qonşunun iti güclü, hürər və yatardıq
dünya bizi yuxusunda görüb, əsərdi, dağ da üşüyərmi, ulduzlar gölməçələrə dəlinərdi
atamın qatardan bir qızı olmuş
qaranlığın koru
qaranlıq korudur yolun divarı deşər
düşməkdə şüur aynanın qırıqlarına
və bir laylanın hənirtisindən doğan qadın ağlasa
gözünü udar gecə
kölgəmin nəyiyəm deyə yuxumdan çıxıb
səssizliyi böldüm üç-dörd yerə ki, hamı burada
hər kəsin payı səfalətdə, cinayət məhəllində izimiz
küləyin bütün qışı ulayar kor bir pəncərədən
ən qədim adında özü özünü xatırla
kəndin məzarlıq forması məktubunda mənə çatasıdı