Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:27

Dünya təcrübəsi: Braziliyada kitab - metro kartları


Brazilian Book - Subway Tickets
Brazilian Book - Subway Tickets

-

Braziliyalılar orta hesabla ildə iki kitab oxuyurlar. Bunu Braziliyada keçirilən anket sorğuları deyir.

Kitab oxuyanların sayını artırmaq üçün Braziliyanın böyük "L&OM Editores" nəşriyyatı Sao Paolo şəhər rəhbərliyinin sifarişilə metro bileti - kitabçalar buraxıb. Bu kitabçalar həm ədəbiyyatdır, həm də metro kartı.

İlk mərhələdə on adda kitab metro kartı ölçüsündə buraxılıb. Bu on kitabın hər birinin on min nüsxəsi çıxarılıb. Onlara barkod qoyulub, bir kitab on pulsuz metro girişinə imkan verir.

Bu o deməkdir ki, metroya girən hər adamın əlində artıq bir kitab var və onu oxuya bilər.

İlk kitab-metro kartlarında aşağıdakı əsərləri oxumaq olar:

Pablo Nerudanın “Yüz sevgi soneti”, F.Scott Fitzgerald’ın “Böyük Getsbi” romanı, Charles M. Schulz’un “Budur dostluq”, Jim Davis’in “Bağışla”, Sun Tzu’nun "Müharibə sənəti”, Arthur Conan Doyle’un “Şerlok Holmes”i, W. Shakespeare’in “Hamlet”i, Agatha Christie’nin “Qətl xiyabanı”, Mauricio de Sousa’nın və Mario Quintana’nın əsərləri.

Bu innovasiyanı başqa Braziliya şəhərlərinə də tətbiq etməyə hazırlaşırlar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG