Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:10

Təkər üstündə kitabxanalar yaradılır


-
Gələn ildən mütaliə avtobusları-səyyar kitabxanalar təşkil olunacaq.

Bunu «Trend»ə Mədəniyyət və Turizm Nazirliyi Kitabxana sektorunun müdiri Lətifə Məmmədova deyib.

2014-cü ildə icrasına başlanacaq layihə insanların kitablara marağını artırmaq məqsədi daşıyır.

Kitabxanaların pasportlaşdırılması işinin həyata keçirildiyini deyən nazirlik rəsmisinin bildirdiyinə görə, mütaliə avtobusları şəhərlərdən kəndlərə gedəcək:

«Avtobuslar müəyyənləşdirilmiş yerlərdə əhaliyə kitabları verəcək. Bir müddətdən sonra isə kitabları geri toplayacaq. İndi bütün dünyada mütaliəyə maraq azalıb. Ona görə də hamı çıxış yolu axtarır».
XS
SM
MD
LG