Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:56

Hekayə terminalları çıxdı


Hekayə terminalı
Hekayə terminalı

- Fransanın Qrenobl şəhərində hekayə terminalları qoyuldu. Bu terminallar bankomat, telefon köşkü kimidir, amma xidməti hekayə çap etməkdir.

Yaşıllar Partiyasından olan Eric Piolle Fransanın Qrenobl şəhərinin meridir. O, həmin şəhərin mərkəzində səkkiz yerdə bu cür ədəbi hekayələr maşını quraşdırılması haqda qərar imzalayıb.

Yoldan keçənlər bu böyük və narıncı terminalların düyməsini basmaqla pulsuz hekayə çıxara biləcəklər. Seçimdən asılı olaraq, 1, 3 və 5 dəqiqəlik hekayələr.

Düyməni basan kimi hekayə emal olunmuş ekoloji kağızda çıxacaq. Kağızın uzunluğu supermarketlərin verdiyi hesab çeki boydadır və pulqabına yerləşir.

“Bizim ağlımıza bu ideya şokolad və içkilər avtomaşını qarşısında duranda gəldi.

Öz-özümüzə dedik ki, biz də eyni şeyi ədəbiyyatı məşhurlaşdırmaq üçün edə bilərik.

Həyatımızın küçədəki bir çox anları qeyri-məhsuldar keçir. Biz o anları bu cür mənalandıra bilərik” - bu ideyanı meriyaya verən bir rəqəmsal nəşriyyatın direktoru Christophe Sibieude deyib.

Bu şəhərin 150 mindən artıq əhalisi var, Dünyada Yaşıllar Partiyasının idarə etdiyi azsaylı şəhərlərdəndir.

Şəhərin meri Piolle əvvəllər də qəzet başlıqlarında özündən söz açdıracaq qərarlar verib. Məsələn, şəhərin mərkəzində reklam və elan lövhələrini qadağan edib. Onların yerinə ağaclar əkdirib və skamyalar qoydurub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG