Keçid linkləri

2017, 20 Oktyabr, Cümə, Bakı vaxtı 12:56

İraqda daha 3 kütləvi məzarlıq tapılıb


Sincar, İŞİD-dən azad olunandan sonra

-

İraqın şimalında Sincar şəhərində daha 3 kütləvi məzarlıq tapılıb. Bu ayın əvvəlində kürd qüvvələri İslam Dövləti (İD) silahlılarını bu şəhərdən çıxarıblar.

Rəsmilər noyabrın 29-da bildiriblər ki, qəbirlərdə 80-100 meyitin olduğu güman edilir.

Beləliklə, indiyədək Sincarda aşkarlanan kütləvi məzarlıqların sayı 5-ə çatıb.

İD bu şəhəri ötən ilin avqustunda tutub, yezidi azlığını qətlə yetirib, üzvlərini qula çevirib. Minlərlə yezidi dağlara qaçıb.

ABŞ koalisiyası elə həmin ay, daha çox yezidilərin qorunması üçün ekstremist qrupa qarşı hava zərbələrinə başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG