Keçid linkləri

2025, 22 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:10
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

12:59 19.11.2015

Rafiq Tağının ölümündən 4 il ötür, qatil tapılmayıb

Noyabrın 19-da axşam saatlarında naməlum kəs tərəfindən bıçaqlanan yazıçı Rafiq Tağı 23 noyabrda saat 15.30 radələrində müalicə olunduğu Kliniki Tibbi Mərkəzdə qəflətən dünyasını dəyişdi.

Deyirlər, Rafiq Tağı iki dəfə öldürülüb.

Xəstəxananın baş həkimi Tərlan Bəbirovun dediyinə görə, Rafiq Tağının vəziyyəti normal olub. Lakin qəfildən vəziyyəti pisləşib.

Rafiq Tağı öldü, yoxsa aradan götürüldü? - bu sualın cavabı hələ də müəmmalıdır.

13:21 19.11.2015

ABŞ-da 408 azərbaycanlı tələbə təhsil alır

ABŞ kollec və universitetlərinə qəbul olan beynəlxalq tələbələrin sayı ötən 35 il ərzində ən yüksək həddə çatıb.

2014/2015-ci tədris ili üzrə göstəricilərə əsasən Azərbaycandan olan tələbələr Amerikada əsasən natamam ali təhsil pilləsində təhsil almağa meyl ediblər. Tələbələrin 38 faizi tam ali təhsil, 42 faizi natamam ali təhsil, 13 faizi könüllü praktik təlimlər, 7 faizi isə ingilis dili kursları və ya qısa-müddətli kurslar kimi qeyri-dərəcə proqramları üzrə təhsil alır.

13:49 19.11.2015

Yaşayış minimumu kasıb həyata bəs eləmir

2016-cı il üçün yaşayış minimumu 136 manat proqnozlaşdırılıb.
«2016-cı ildə Azərbaycanda yaşayış minimumu haqqında» qanunda bu məbləğ əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşqlar üçün 118 manat nəzərdə tutulur. Bunun əsasında hökumət pensiya, müavinət, ünvanlı yardım və minimum əmək haqqı müəyyən edir.

Bu məbləğ aztəminatlı vətəndaşlar üçün yetərlidirmi?
«Turan»ın hesablamasına görə, 2015-ci ilin oktyabrında əmək qabiliyyətli əhali minimum istehlak səbəti, kommunal xidmət, nəqliyyat və internetə 129,7 manat xərcləyib. 2015-ci ildə Nazirlər Kabineti yaşayış minimumunu 131 manat (işləyənlər üçün 140, pensiyaçı və uşaqlar üçün 108 manat) müəyyən edib. Üstəlik, 2015-ci il üçün yaşayış minimumu manatın 34% devalvasiyasından əvvəl qəbul edilib. Hökumət vətəndaşların devalvasiya itkilərini kompensasiya etməyib.

İşləyən vətəndaşın şəxsi xərcləri (minimum istehlak səbəti çərçivəsində) ilə yaşayış minimumu arasında fərqə qayıdaq. 140 manatdan 129,7 çıxanda 10,3 manat qalır. Aztəminatlı, ammа işləyən insan “səbətdə” nəzərdə tutulmayan məbləği tütünə, spirtli içkiyə, qonaqlara və hədiyyələrə xərcləyə bilər. Və ya bir tay ayaqqabı ala bilər. Minimal istehlak səbətində nəzərdə tutulan paltara pul qalmır.

16:30 19.11.2015

Vəkil: Leyla Yunusun vəziyyəti çox ağırdır

«Leyla Yunusun vəziyyəti çox ağırdır. Sağlamlığı bərbad durumdadır. Ayın 30-dan ona həkimin yazdığı dərmanlar da verilmir. Müalicə olunmaq üçün tibb məntəqəsinə köçürülmür. Yeridiyi əsanı da əlindən alıblar».

Bu haqda AzadlıqRadiosuna hüquq müdafiəçisi Leyla Yunusun vəkili Elçin Qəmbərov məlumat verib. Vəkil deyir ki, Arif Yunus azad olunandan sonra onda Leyla Yunusun da azadlığa buraxılacağına ümidlər yaranıb:

- Leyla xanımın səhhəti elə bərbad durumdadır ki... Başa düşmürəm ki, xəstə, yaşlı, tamamilə ağır vəziyyətdə olan qadına qarşı necə bu qədər insafsız davranmaq olar? Məntəqə çərçivəsində həll olunan məsələ həllini tapmır. Nə qədər müraciət edirik, rəsmi, qeyri- rəsmi, nəticə yoxdur. Xəstə qadın tibb məntəqəsinə köçürülmür. Gərək ən yüksək dairədə buna münasibət bildirilsin ki, məsələ həllini tapsın.

Davamı

XS
SM
MD
LG