Keçid linkləri

2025, 21 Dekabr, bazar, Bakı vaxtı 08:42
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

19:18 18.11.2015

Parisdə terror törədənin müəllimi : "Özümü günahkar sayıram"

"Əvvəl dərs buraxmağa başlayıb. Sonra da sorağı Suriyadan gəlib"

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə 129 adamın öldüyü terror aktını törədənlərdən biri, 20 yaşlı Bilal Hadfinin müəllimi Sara Staccino Belçika radiosuna danışıb.

Sara Staccino deyib ki, Hadfi bir ilin içində tamamilə dəyişibmiş.

Müəlliminin sözlərinə görə, Bilal Brüsselin mərkəzində yerləşən liseylərin birinin çox yaxşı şagirdlərindən olub.

“Hamıya can yandıran, ünsiyyətcil, gözəl bir şagird idi. Ancaq bir ilin içindən birdən-birə dəyişdi”.

Müəllimi deyib ki, Bilal Hadfi qısa vaxtda siyasətə daha çox maraq göstərməyə başlayıb

21:06 18.11.2015

Bu günki AzadlıqLive-da:

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin işdən çıxarılan, Bakıya qayıtmaqdan imtina edən keçmiş konsulu Nahid Cəfərov Azadlıq Live-a danışır.

Gözlə

No media source currently available

0:00 0:04:52 0:00
Direct-ə keçid

12:51 19.11.2015

Akif Çovdarovun istixanasında

virtualaz.org saytının əməkdaşları MTN-nin hazırda həbsdə olan keçmiş idarə rəisi Akif Çovdarovun gizli həbsxanasını üzə çıxarmaq üçün axtarışa başlayıblar. Ancaq həbsxana yerinə istixana tapıblar.

İstixananın direktoru Adil Yaqubov sayta deyib ki, «Hansı axmaq belə yerdə gizli həbsxana saxlayar? Bəyəm başlarına yer qəhətdir?».

12:57 19.11.2015

İxrac azalır

Bu ilin 10 ayında Azərbaycanda idxal əməliyyatları artıb, ixrac isə azalıb. Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, idxal 1.08 faiz artıb, ixrac isə 49.13 faiz azalıb.

İxracda əsas mallarda azalmalar belə olub:

Xam neft – 53.43 %

Neft məhsulları – 45.51%

Təbii qaz – 27.37 %

Çay – 44.53%

Bitki və heyvan mənşəli piylər və yağlar – 21.65%

Şəkər – 5,44%

Spirtli və spirtsiz içkilər – 25.04%

Davamı

XS
SM
MD
LG