Keçid linkləri

2025, 06 İyul, bazar, Bakı vaxtı 20:15
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

15:19 18.11.2015

Prezident deyir ki, qiymətlərə özü nəzarət edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətin iclasında deyib ki, əgər müvafiq idarələr nəzarət edə bilmirsə, onda onun özü bazara gedib, qiymətlərə nəzarət edəcək.

O narazılığını bildirib ki, ərzaq qiymətləri niyə bahadır? informburo.kz-ın məlumatına görə, prezident deyib ki, "arada alıb-satan vasitəçiləri yığışdırın!"

14:28 18.11.2015

“Azərbaycanda canavarların olması yaxşı haldır”

Bunu noyabrın 18-də jurnlaistlərlə söhbətində Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir deyib ki, Azərbaycanda heç kim məqsədli şəkildə canavarları insanların üstünə yeritmir. Bu insanın yaratdığı problemdir: “İnsan torpaqları işğal etdiiyndən canavarların təbii arealı daralır, təbii yem bazası azalır. Başqa tərəfdən də qanun canavar hücum etdikdə ondan qorunmağı qadağan etmir. Heç kim deməsin ki, bizi canavarların qarşısını almağa qoymurlar. Əgər biz istəyiriksə Azərbaycanın dağları, meşələri qalsın, həyatımızı buna uyğun şəkildə qurmalıyıq".

13:18 18.11.2015

"Başqa dairələrdə seçki necə keçirilibsə, elə 90 saylı dairədə də elə keçirilib"

Noyabrın 17-də MSK 90 saylı Ağdaş Seçki Dairəsində seçkinin nəticələrini ləğv etdi. Yada salaq ki, bu dairədə lider namizəd bitərəf, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayev idi.

MSK-nın Ümid Partiyasından olan üzvü, hüquqşünas Akif Qurbanov: "...Əslində başqa dairələrdə seçki necə keçirilmişdisə, 90 saylı Ağdaş Seçki Dairəsində də elə keçirilib. Yəni, başqa dairələrdə də bülletenlərin sayı ilə protokollardakı rəqəmlərin uyğun gəlməməsi ilə bağlı şikayətlər olub. Başqa dairələrdə də seçkiyə kənardan müdaxilələr olub..." Akif Qurbanovla söhbət

13:05 18.11.2015

Çingiz Əsədullayev danışdı

virtualaz.org qalib olduğu dairədə səsvermənin nəticələri ləğv edilmiş Çingiz Əsədullayevdən müsahibə alıb.

Ç.Əsədullayev sayta deyib ki, deputat olsa da, olmasa da indiki hakimiyyətin və İlham Əliyevin tərəfdarı olacaq: «Gözümüz önündə o qədər siyasi hadisələr olub ki... Ona görə də belə sual yarana bilər: Çingiz Əsədullayev özünü necə aparacaq? Mən hökumətin və prezidentin istənilən qərarını dəstəkləyirəm. Əgər hökumət, MSK bu dairədə seçkinin nəticələrinin ləğv edilməli olduğunu düzgün hesab edirlərsə, deməli, belə də olmalıdır. Mən bu qərarı heç bir halda şübhə altına almaram».

Saytın «Bəziləri MSK-nın bu qərarını Eldar Mahmudov qruplaşmasının ifşa olunması ilə əlaqələndirməyə çalışdı və sizi də bu qrupun tərkibinə daxil etdi. Bu iddia həqiqətə nə dərəcədə uyğundur? Siz sabiq nazirlə nə dərəcədə yaxınsınız» sualına isə belə cavab verib: «Mən Eldar Mahmudovun qohumu deyiləm. Hərçənd Eldar Mahmudovun bacısı Elmira xanımla - Milli Qəhrəman Riyad Əhmədovun həyat yoldaşı ilə yaxın dostuq. Eldar Mahmudovun həyat yoldaşı Tahirə xanımla isə bir sinifdə oxumuşuq.

Yeri gəlmişkən, bəzi KİV-lər belə məlumat yaymışdı ki, Eldar Mahmudovun həyat yoldaşı bizim bankda guya bir neçə il ərzində məsləhətçi işləyib. Bu məlumat da həqiqətə uyğun deyil. Bəli, biz Eldar Mahmudovla dost olmuşuq. Amma üzr istəyirəm, ölkənin yarısı onunla salamlaşmağı özünə şərəf bilirdi. Bu adam dövlətin düşməni deyildi, sadəcə olaraq milli təhlükəsizlik naziri postunu tuturdu.

Davamı

XS
SM
MD
LG