Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 19:08
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

13:01 18.11.2015

Ingilis hökumətinin 5 illik planı

" 2015-ci ildən başlayaraq 2020-ci ilədək ingilis şagirdlərinin Avropada ən çox oxuyan şagirdlər olması üçün səyləri birləşdirin."

Birləşmiş Krallığın Məktəblər naziri Nick Gibb dünən ölkəsinin naşirlərinə müraciət edib. Onları orta məktəblərin 10-18 yaşlı şagirdlərinə 100 klassik kitabı çox ucuz qiymətə verməyə çağırıb.

Onun çağırışında deyilir ki, indiyə qədər üç klassik kitabın orta məktəb uşaqlarına çox ucuz qiymətə satılmasına nail olub. Bunlar “Böyük gözləntilər” (Charles Dickens), “Qürur və Qəzəb” (Jane Austen) və “Jane Eyre” (Charlotta Bronte) kitablarıdır.

20:35 17.11.2015

Bu günki AzadlıqLive-da:

Jurnalist Eynulla Fətullayev hələ 2010-cu ilin 16 iyununda məhkəmədə MTN generalı Akif Çovdarovla söhbəti barədə nələri deyirdi?

Gözlə

No media source currently available

0:00 0:03:55 0:00
Direct-ə keçid

Noyabrın 16-da internet niyə çökdü?

Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

17 noyabr Milli Dirçəliş Günüdür: 1988-ci ildə Meydan Hərəkatı başlandı

19:07 17.11.2015

Azərbaycana uçuşlar zamanı təhlükəsizliyi gücləndirmək tövsiyyə olunur

Rusiya aviaşirkətlərinə Azərbaycan da daxil olmaqla, 47 ölkəyə uçuş zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi barədə tövsiyə verilib. Mülki Aviasiya Xidmətindən ("Rosaviasiya") daxil olan siyahıda 47 ölkənin adı yer alır.

Siyahıya Azərbaycanla yanaşı aşağıdakı ölkələr daxildir:

Avstriya
Əlcəzair
Əfqanıstan
Böyük Britaniya
Almaniya
Yunanıstan

Misir
ABŞ
Türkiyə

BƏƏ və s.

17:21 17.11.2015

Eynulla Fətullayev vaxtilə məhkəmədə Çovdarov haqda nə deyirdi?

"Eynulla Fətullayev dedi ki, Akif Çovdarov onunla görüşərkən Elmar Hüseynovla bağlı araşdırmalara son qoymasını tələb edib. Hətta aralarındakı mübahisə o yerə çatıb ki, onlar əlbəyaxa olublar:

Gözlə

No media source currently available

0:00 0:03:55 0:00
Direct-ə keçid


«Mən dedim axı, apardığım bütün jurnalist təhqiqatları bir şey göstərir, hər şey gəlib sənə çıxır. Avropa Məhkəməsinə göndərdiyim materiallarda faktlar da göstərmişəm. Ancaq mən bir şeyi başa düşmürəm, siz nəyə görə Elmarı belə qeyri-peşəkarcasına qətlə yetirmisiniz? Mən birbaşa bunu soruşdum. Cavabı bilirsiniz nə oldu hörmətli sədr?
Dedi biz hələ gənc dövlətik».

Eynulla Fətullayev iddia edir ki, Akif Çovdarov Elmar Hüseynovun qətlində əli olduğunu açıq şəkildə etiraf edib: «Mən onun frazalarını bir-bir deyə bilərəm hörmətli sədr. Dedi ki, onu öldürmək azdır, onu yandırmaq lazım idi. Bir də dedi ki, axı biz bunu özümüzə görə etməmişik, atamın sözü ilə etməmişəm ki bunu. Yəni ki, sən məndən nə istəyirsən axı, əl çək məndən. Deyirdi ağzına gələni yazırdı, axırı belə də olmalı idi». 2010-cu il iyunun 17-də Azadlıq Radiosunun reportajı

Davamı

XS
SM
MD
LG