Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 20:46
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

15:40 17.11.2015

"Xalqın ümidi əlindən alındı"

«Meydan hərəkatının qəhrəmanlarının bəzisi indi həbsdə, bəzisi məzarda, bəzisi mühacirətdədir. Bəzilərinin də milli-mənəvi dəyərlərində aşınma gedib. Bəziləri isə ölkənin indiki faciələrinə, problemlərinə baxıb təəssüflə yaşamaqdadırlar».

Bunu Azadlıq Radiosuna Meydan hərəkatının fəallarından biri Ənvər Əliyev deyib. Ənvər Əliyev Nemət Pənahlıdan əvvəl, meydanın ilk günlərində nümayişlərə rəhbərlik edib. Meydan hadisələrindən sonra həbs edilib, sonra azadlığa buraxılıb. 2008-ci ildə meydan hadisələrindən bəhs edən kitab çap edib. Müsahibə burada

14:33 17.11.2015

Terror qurbanları 9 dəfə artıb

Terror qurbanlarının sayı 2014-cü ildə 80 faiz artaraq 32 min 658 nəfərə çatıb. Bu, XXI ısrin əvvəli ilə müqayisədə 9 dəfə artım deməkdir.

Bu qənaətə İqtisadiyyat və Sülh İnstitutu (The Institute for Economics and Peace) gəlib. İnstitut “Terrorizmin qlobal indeksi”ni (Global Terrorism Index)açıqlayıb.

Ümumi göstəricinin 78 faizini Əfqanıstan, İraq, Nigeriya, Pakistan və Suriyada ölənlər təşkil edir. 2014-cü ilin 51 faiz qurbanları özünü “İslam dövləti” adlandıran ekstremist qruplaşmanın və əsasən Nigeriyada fəaliyyət göstərən “Boko Haram” yaraqlılarının törəkdikləri terror aktları nəticəsində həyatlarını itiriblər.

Ötən il ərzində terror nəticəsində azı 1 nəfərin belə həyatını itirdiyi 67 ölkə qeydə alınıb. Bu, 2013-cü illə müqayisədə 8 ölkə daha çox deməkdir.

Terror aktlarının vurduğu iqtisadi zərərə gəlincə, institut əməkdaşları bunun 53 milyard dollar olduğunu deyirlər.

Hesabatda yer üzünün 99 faiz əhalisinin yaşadığı 162 ölkədəki vəziyyət təhlil olunur.

13:44 17.11.2015

Rusiya təyyarəsinin partladıldığı rəsmi təsdiqləndi

Rusiyanın Federal Təhlükəsizlik Xidməti oktyabrın 31-də Misirin Sinay yarımadasında qəzaya uğramış Rusiya təyyarəsinin partladıldığını təsdiqləyib.

Misirin Şarm-əl-Şeyx şəhərindən Sankt-Peterburqa uçan «Airbus A321» təyyarəsindəki qəza 224 nəfərin ölümünə səbəb olmuşdu.Ölənlərin hamısı rusiyalı idi.

Noyabrın 16-da prezident Vladimir Putinin rəhbərliyi keçirilən iclasda Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov deyib ki, təyyarə havada ikən əldəqayırma partlayıcı qurğu partlayıb.

“Dünyanın harasında olmasından asılı olmayaraq, biz bu terror aktının arxasında dayananı tapıb cəzalandıracayıq” – Vladimir Putin belə deyib.

13:28 17.11.2015

"Azərinşaat" işçiləri yenə aksiya keçirir

Bir neçə aydır ödənilməyən əmək haqlarını tələb edən «Azərinşaat»ın işçiləri noyabrın 17-də yenidən şirkətin Dərnəgüldəki ofisinə doğru yürüş edib.

Bu barədə AzadlıqRadiosuna işçilərdən biri – Rüstəm Musayev məlumat verib. Deyir ki, hazırda 150-yə yaxın işçi «Azərinşaat»ın binası önündədir:

««Elit» Ticarət Mərkəzinin qarşısından şirkətin ofisinə doğru yürüş etməyə çalışdıq. Polis qarşımızı kəsdi, imkan vermədi. Bizi yığıb gətirdilər «Azərinşaat»ın həyətinə. İndi «Azəryolservis»in iki əməkdaşı buradadır, bizimlə söhbətə gəliblər. Yenə vəd verirlər, amma biz artıq bu vədlərə inanmırıq. Verdikləri 10 günlük vəd artıq ayın 14-də başa çatıb».

Davamı

XS
SM
MD
LG