Vladimir Putinin qızları və keçmiş xanımı Lyudmila haqda məlumatlar ictimayət üçün qapalıdır. Prezident özü ailəsi haqda çox az danışır və onun danıdıqları da çox zaman şübhə altına alınır. Mediada olan şəkillərdə isə onun qızlarının üzü heç vaxt obyektivə düşmür. Reuters agentliyi noyabrın 10-da Putinin kiçik qızının var-dövləti haqda araşdırma yaymışdı. Araşdırmada deyilir ki, Putinin kiçik qızı Yekaterinanın 29 yaşı var və o Tixonova soyadı ilə yaşayır. O prezidentə yaxın şirkətlərlə əməkdaşlıq edir və varidatı 2 milyard dollar həcmindədir
Kəşfiyyatçı ailəsi

1
Putin qızları və həyat yoldaşı ilə istirahətdə. 2002-ci il

2
"Mən sadə ailədənəm və uzun müddət belə yaşamışam. Mən normal sadə bir insan kimi yaşamışam və bu cür həyat tərzi ilə indi də əlaqəm var" – deyə Putin xatırlayır

3
Vladimir Putinin arxiv şəkillərindən düzəldilmiş kollaj. Uşaqlıq illərindən 2002-ci ilədək

4
Putinin qızları Yekaterina və Mariya. 1985-ci ildə Putin ailəsində ilk övlad dünyaya gəlib, Mariya. Kiçik qızı Yekaterinanı Lyudmila Putina 1986-cı ildə Drezdendə dünyaya gətirib.