Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

İstanbul Kitab sərgisində Türkiyə-İran razılaşmaları


- Türkiyənin TEDA qurumunun nümayəndələri dünən 34-cü İstanbul Beynəlxalq Kitab Sərgisindəki İran stendinə baş çəkiblər.

Türklər iranlılara TEDA layihəsi haqqında məlumat veriblər. 29-cu Tehran Beynəlxalq Kitab Sərgisində iranlılarla türklər TEDA layihəsi çərçivəsində müqavilə imzalamaq qərarına gəliblər.

TEDA - türk mədəniyyət, sənət, ədəbiyyatı ilə bağlı əsərlərin başqa dillərdə yayımlanmasına dəstək layihəsidir. Bu layihə çərçivəsində Türkiyə dövləti türk mədəniyyət, sənət və ədəbiyyatının klassik və çağdaş əsərlərinin tərcümə olunmasına və xarici ölkələrdəki tanınmış nəşriyyatlarda nəşr olunmasına maliyyə ayırır.

Kitab sərgisində İranın stendinə təkcə TEDA nümayəndələri deyil, Türkiyənin tanınmış nəşriyyatlarından da bir qrup gəlib.

İranın Mədəni Əlaqələr İnstitutu xəbər yayıb ki, sərgidə uşaq ədəbiyyatı sahəsində də Türkiyə və İran arasında konsultasiya keçirilib və vacib razılaşma əldə olunub.

Türkiyənin “Evrensel Basım” nəşriyyatının direktoru Boris Tanson orada deyib ki, indiyə qədər İranın “Shabaviz” uşaq nəşriyyatının 26 kitabını farscadan türkcəyə tərcümə və çap ediblər.

Onlar İranın uşaq və yeniyetmə ədəbiyyatının Türkiyədə hər zaman populyar olduğunu deyiblər. Hətta bu yaxınlarda türklər İrana bu məqsədlə xüsusi tərcüməçi göndəribmişlər ki, oradakı yeni uşaq ədəbiyyatına dair vəziyyəti öyrənsin...

XS
SM
MD
LG