Arif Yunus deyir ki, Yasamal rayonundan Səbayel rayonuna keçdiyinə görə tutulubmuş
Virtualaz.org yazır ki, həbsdən buraxılan Arif Yunus deyib:
"Məni indi həbsdən buraxanda iltizama qol çəkdirdilər ki, Bakıdan kənara çıxmaq olmaz. Yeri gəlmişkən, məni bilirsinizmi necə həbs eləmişdilər? Polis bölməsində yazıblar ki, guya mən Bakının rayon sərhədlərini pozmuşam. Soruşdum ki, nə rayon. Sən demə, Yasamal rayonundan Səbayel rayonuna getməyimi nəzərdə tuturlar. Mən indi çörək almaq üçün ərazi baxımından başqa rayondakı mağazaya gedirəmsə, deməli, sərhədi keçirəm? Bu nə deməkdir? Onda bir post da qurun, adamlardan vergi yığın da. Dedim ki, əgər yazmağı bacarmırsınızsa, onda verin mən yazım."
Rabitə Nazirliyinin 10 işçisi həbsdədir
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) yoxlamalar aparır.
APA-nın məlumatına görə, nazirlikdə həyata keçirilən yoxlamalar nəticəsində ciddi qanun pozuntuları və korrupsiya faktları aşkar edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, RYTN-də rüşvətxorluq, korrupsiya, dövlət əmlakının mənimsənilməsi kimi qanunazidd fəaliyyət geniş vüsət alıb. Mənimsəmələrdə yalnız RYTN rəhbərliyi deyil, MTN “generalları” da yaxından iştirak edib, bu qanunsuz əməllər çox vaxt onların bilavasitə göstərişi ilə həyat keçirilib. Nəticədə vətəndaşlara və dövlət büdcəsində külli miqdarda ziyan dəyib.
Nazirlikdə həyata keçirilən yoxlamalarla bağlı bütün sənədləşmə işləri dayandırılıb.
Aşkarlanmış korrupsiya faktları ilə bağlı Baş Prokurorluqda cinayət işi başlanıb.
Başlanmış cinayət işi üzrə nazirliyin 10-dan çox əməkdaşı saxlanılıb.
Saxlanılanlar arasında nazirliyin aparat rəhbəri Vidadi Zeynalov, nazirliyin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin direktoru Cəlil Cəfərov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev, Mühafizə İdarəsinin rəis müavini Vəli Mahmudov, "Aztelekom" İstehsalat Birliyinin baş mühasibi Oqtay Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda nazirliyin tikinti ilə bağlı sifarişlərini yerinə yetirən podratçı təşkilatın rəhbəri Namazəli Məmmədov da həbs edilib.
Həbs edilənlər 1 Saylı İstintaq Təcridxanasında saxlanılırlar.
Bu günki Azadlıq Live-da:
İlham Əliyev Əli Abbasovu nazir vəzifəsindən çıxartdı. Bu nə deməkdir və ardınca nə gəlir? Politoloq Azər Rəşidoğlunun maraqlı cavabı var
Qan təzyiqi 234-ə qalxan Arif Yunus həbsxanadan buraxıldı . O ilk müsahibəsində deyir ki, susmayacaq
Nəfəslik açıldı
«Azərbaycanda hüquq müdafiəçisi Arif Yunusun ev dustaqlığına buraxılması bu ölkədə insan haqlarından xoş bir xəbər verdi. Əlbəttə, bu xəbərin sevincini azaldan odur ki, Arif heç əvvəldən həbsə atılmamalıydı, 15 aydan artıq bir müddəti Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında keçirməməliydi. Həyat yoldaşı, ölkənin tanınmış insan haqları müdafiəçilərindən olan Leyla Yunus da həmçinin. İkisi də ciddi, xroniki xəstəliklərdən əziyyət çəkir, onlara təcili tibbi yardım lazımdır».
Bunu «Human Rights Watch» hüquq-müdafiə təşkilatının Avropa və Orta Asiya bölməsinin təbliğat direktoru Veronika Szente Goldston yazır.