Keçid linkləri

2025, 20 Dekabr, şənbə, Bakı vaxtı 00:34
Pul karikatura
Pul karikatura

AzadlıqLive - Evindən 30 qutu dollar çıxan eks-nazir

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

12:52 13.11.2015

Əli Abbasov niyə getdi?

«Yeni Müsavat» qəzeti rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun vəzifədən azad olunma səbəblərindən yazır. Qəzet iddia edir ki, sabiq nazir istintaqa çağırılanda və ondan hesab sorulanda, o, nazirlikdə baş verənlərə nəzarəti itirdiyini etiraf etməyə məcbur olub:

«MTN-dəki güclü dayaqlarına arxalanan aparat rəhbəri Vidadi Zeynalov nazirlikdə əsas söz sahibi imiş, hətta nazirin özünü belə saymırmış.

13:14 13.11.2015

John Kerry ümid edir ki, səhhətində problem olan digər məhbuslar da buraxılacaq

ABŞ dövlət katibi John Kerry Arif Yunusun həbsdən azad edilməsini müsbət addım sayıb.

Dövlət katibinin noyabrın 12-də verdiyi bəyanat Dövlət Departamentinin rəsmi internet səhifəsində yayılıb. Bəyanatda deyilir:

“ABŞ Bakı Apellyasiya Məhkəməsinin tarixçi, sülh carçısı Arif Yunus barədə həbsin ev dustasqlığı ilə əvəz edilməsi barədə qərarına humanitar yanaşma və pozitiv addım kimi baxır.

Ümid edirik ki, Azərbaycan hökuməti ciddi sağlamlıq problemləri olan digər məhbuslara da münasibətdə eyni diqqəti göstərəcək”.

13:22 13.11.2015

"Cihadçı John öldürülüb"?

BBC Britaniya ordusunun zabitinə istinadla yazır ki, “Cihadçı John” dlı britaniyalı silahlının öldürülməsi ehtimalı böyükdür. Ancaq onun ölməyi dəqiq deyil.

ABŞ rəsmiləri noyabrın 12-də məlumat yayıb ki, ABŞ pilotsuz qurğusu Suriyada bir maşına zərbə endirib. Həmin avtomobildə İslam Dövləti qruplaşmasının “Cihadçı John” ləqəbli cəlladının olduğu güman olunur.

14:41 13.11.2015

Prezidentin fərmanı Astara gömrüyünə hələ çatmayıb

Ölkə prezidenti ötən ay «Gömrük sahəsində nəzarətin həyata keçirilməsi haqqında» fərman imzaladı. Həmin fərmana görə, 18 yaşına çatmış hər bir şəxs ölkəyə gömrük rüsumu ödəmədən 10 min manat dəyərində (istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan) mal gətirə bilər. Lakin İrandan qayıdan Azərbaycan vətəndaşları deyirlər ki, Astara gömrüyündə köhnə qayda ilə işləyirlər.

Davamı

XS
SM
MD
LG