«Cahangir Hacıyevin 70 milyonluq «barama» əməliyyatının şok təfərrüatı»
"Bizim Yol" qəzeti yazır ki, «Şəki-İpək» ASC 2005-ci ildə özəlləşdirilməyə çıxarılandan sonra üzərini qara buludlar alıb: «Keçirilən müsabiqədə «Pərvanə» MMC adlı şirkət qalib olaraq, ASC-nin əsas səhmdarına çevrildi. İnternet üzərindən «Pərvanə» MMC haqqında axtarış versək də, geniş məlumat əldə edə bilmədik. Yalnız o məlumdur ki, şirkət Xəqani Bəşirova məxsusdur. Bu, həmin X.Bəşirovdur ki, adı Beynəlxalq Bankın məşhur «kredit» olaylarında çəkilir. AzadlıqRadiosunun apardığı araşdırmalardan məlum olmuşdu ki, X.Bəşirov bankın sabiq rəhbəri Cahangir Hacıyevlə əlbir olaraq «Şəki-İpək» ASC kimi müəssisələr adından sui-istifadə edib kreditlər alaraq, dövlət vəsaitini, onların əmlakını mənimsəyiblər.
Facebook canlı yayıma keçdi
Facebook-a avqust ayında canlı yayım xüsusiyyəti əlavə olundu. Buna qədər canlı yayım ancaq Meerkat, Periscope kimi digər proqramlarda mümkün idi.
Facebook rəqibləriylə ayaqlaşmaq üçün özünün canlı yayım xüsusiyyətini təkmilləşdirib. İndi «Mentions» bölməsi vasitəsilə canlı yayımı ancaq hesabı təsdiqlənmiş istifadəçilər istifadə edə bilərlər.
Vasif Talıbovun oğlu deputat oldu
Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məclisinə seçilən deputatlar arasında Ali Məclis sədri Vasif Talıbovun oğlu Seymur Talıbov da var.
Bu barədə «Report» məlumat yayıb.
S.Talıbov 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputat seçilib.
"Gürcüstanda parçala və hökm sür"
“Heç vaxt siyasi baxımdan sabit olmayan Gürcüstan yenə çaxnaşır. Dövlət çevrilişi iddiaları, media məhdudiyyətləri, partiyalararası acı savaş – bütün bunlar Rusiyanın davamlı təhdidinin kölgəsində baş verir”. Bunu “Foreign Affairs” dərgisində Michael Cecire yazır. Müəllifin fikrincə, adi məntiqlə hakim Gürcü Arzusu koalisiyasını bu siyasi böhranı yaratdığına görə günahlandırmaq olar. Belə ki, koalisiyanın məqsədi müxalifətin Vahid Milli Hərəkatını (VMH) dağıtmaqdır. Baş nazir Irakli Garibashvili bu yaxınlarda bəyan edib ki, bu hərəkatın “siyasətdə qalmaq hüququ yoxdur”. Hökumət VMH-yönlü Rustavi 2 televiziyasını dağıtmağa çalışır. Eyni zamanda Gürcüstan siyasəti və cəmiyyətindən rusiyapərəst elementlər də güclənir. Keçmiş spiker Nino Burjanadze də onların içindədir.
Gürcüstan NATO üzvlüyünün demək olar hər bir mərhələsinə uyğun gəlib, hətta onu üstələyib. Ancaq hələ də Rusiyanın reaksiyası səbəbindən Avropanın hasarlarından bu tayda qalıb. Moskva da fürsəti fövtə verməyərək iki əsas partiyanın rəqabəti bahasına yerli müttəfiqlərini gücləndirməyə çalışır. Aparıcı partiyalar isə tələyə düşməkdədir.