Arif Yunus azadlığa buraxıldı
Həbsdə olan politoloq Arif Yunus noyabrın 12-də məhkəmə zalından azadlığa buraxılıb.
Bu barədə Azadlıq Radiosunun müxbiri xəbər verir.
Ədliyyə Nazirliyinin Baş Tİbb İdrarəsi Arif Yunusun səhhətində problemlər olduğu üçün azad olunmasını istəmişdi. İdarənin əməkdaşları onun səhhətində ciddi problem olduğunu, yüksək qan təzyiqini aşağa salmağın mümlkün olmadığını və həbsxana şəraitində müalicəsini aparmağın mümkünsüz olduğunu bildirmişdilər.
Leyla və Arif Yunuslara 2015-i il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il yarım və 7 il həbs cəzası kəsilib.Onların hər ikisi 2014-cü ildə həbs edilərək, fırıldaqçılıqda, qanunsuz sahibkarlıqda və vergilərdən yayınmaqda ittiham olunurlar. Onlara qarşı dövlətə xəyanət ittihamı ayrıca icraata götürülüb.
Beynəlxalq «Amnesty International» təşkilatı Leyla və Arif Yunusları vicdan məhbusu kimi tanıyıb.
Arif Yunusun məhkəməsindən detallar
Hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında Penitensiar xidmətin Tibb Baş İdarəsinin məhkəməyə ünvanladığı məktub oxunub. APA-nın mlumatına görə, həmin məktubda qeyd olunub ki, Almaniyadan gəlmiş mütəxəssislər A. Yunusu müayinə ediblər. Həmin müayinənin nəticələrinə görə, onun təzyiqi həddindən artıq yüksəkdir.
Bundan sonra A. Yunusun vəkili Əfqan Məmmədov çıxış edib. O, A. Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib.
Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını istəyib. Məhkəmə isə vəsatəti təmin edərək A. Yunusun barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək barədə iltizam tədbiri ilə əvəz olunması barədə qərar qəbul edib. Bundan sonra A. Yunus məhkəmə zalından evə buraxılıb.
Əli Abbasovu çıxartdılar
Əli Abbasovun Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilməsi haqqında İlham Əliyev sərəncam verib: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri vəzifəsindən azad edilsin."
İsveçrə Emin Hüseynova siyasi sığınacaq verdi
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş rəhbəri, hüquq müdafiəçisi Emin Hüseynov İsveçrədən siyasi sığınacaq alıb.
Virtualaz.org saytı İsveçrə mənbələrinə istinadən xəbər verir ki, Emin Hüseynovun vəkili Marsel Basonnet onun müdafiə etdiyi şəxsin Miqrasiya məsələləri üzrə Dövlət Katibliyindən (SEM) siyasi sığınacaq barədə müsbət cavab aldığını açıqlayıb.
İsveçrə hökuməti Hüseynova “öz ölkəsindəki siyasi vəziyyətə görə” qaçqın statusu verib.