Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 10:52

Facebook canlı yayımda Periscope-a rəqib olur

Facebook
Facebook

-

Facebook-a avqust ayında canlı yayım xüsusiyyəti əlavə olundu. Buna qədər canlı yayım ancaq Meerkat, Periscope kimi digər proqramlarda mümkün idi.

Facebook rəqibləriylə ayaqlaşmaq üçün özünün canlı yayım xüsusiyyətini təkmilləşdirib. İndi «Mentions» bölməsi vasitəsilə canlı yayımı ancaq hesabı təsdiqlənmiş istifadəçilər istifadə edə bilərlər.

Artıq yeni abunəlik bölməsi əlavə olunub. İstifadəçi abunə olub izlədiyi birisi canlı yayıma başladıqda, Periscope-da olduğu kimi, bildiriş (notification) alır.

Yeniliklərdən biri də budur ki, canlı yayım bitdikdən sonra videosu avtomatik olaraq istifadəçinin səhifəsində saxlanılır.

Facebook-un gələcəkdə adi istifadəçilərə də canlı yayım imkanı verəcəyi gözlənilir.

This item is part of
XS
SM
MD
LG