Bu günki AzadlıqLive-da:
İranda televiziya ilə bağlı ölçü götürüldü
Yaxın vaxtlara dollar-manat proqnozu. İqtisadçı Samir Əliyevin fikirləri
İslam Oyunlarına Bakının ev sahibliyi. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ilə söhbət
Yeni Müsavat qəzetinin 26 yaşı oldu
Qəzetin baş redaktoru Rauf Artifoğlu APA-ya deyir ki, "İlk nömrəni noyabrın 10-da Azərbaycan Xalq Cəbhəsinin Azadlıq meydanında keçirdiyi, 1 milyona yaxın insanın iştirak etdiyi mitinqdə payladıq. Ona görə də qəzetin satışa, paylanmağa çıxdığı günü “Yeni Müsavat” qəzetinin yaradılış günü kimi qeyd etdik. Əslində isə proses oktyabr ayında, yeni Müsavat Partiyasının qurulması ilə paralel başlamışdı. Yekunda da milli azadlıq hərəkatının hələ də uğurla davam edən layihəsi - “Yeni Müsavat” qəzeti ortaya çıxdı”.
Putinin qızları
Rusiya vəzifəlilərindən biri Reuters-ə bildirib ki, Katerina, Tixonova soyadından istifadə edir. Rusiyanın Gazprombank bankının sədr müavini Andrey Akimov deyib ki, Tixonova Putinin qızıdır.
Reuters bunu da öyrənə bilib ki, 29 yaşlı Katerina özünü həm də Kirill Şamalovun həyat yoldaşı kimi təqdim edir. Kirill Şamalov isə prezidentin köhnə dostu, Bank Rossiyanın səhmdarı Nikolay Şamalovun oğludur. ABŞ rəsmiləri Bank Rossiyanı Rusiya elitasının bankı adlandırırlar.
Reutersin maliyyə təhlilçisinin təxminlərinə görə Kirill və Katerinanın birgə sərvəti, haradasa 2 milyard dollar təşkil etməlidir.
«Perspektivdə dindarların hakimiyyət uğrunda mübarizəsi var»
Bunu «Bizim Yol» qəzetinə müsahibəsində MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.
Ekspert deyib ki, dindarların fəal addımlar atması, siyasi tələblər irəli sürməsi indi başlayan yox, illərdir gedən bir prosesdir: «Şiə və sünni məzhəbindən kənar Azərbaycan üçün yeni bir təriqətlərin - vəhhabiliyin, sələfilərin, xəvariclərin gəlməsi prosesi tədricən gedib. Amma son dövrlərdə sivil müxalifətə qarşı həddindən artıq sərt mövqe tədricən onların sıradan çıxmasına və «ənənəvi müxalifət» adı almasına gətirib çıxarıb. İctimai həyatda yeni heç bir şeyin olmaması, həmçinin əhalinin iqtisadi vəziyyətinin son bir ildə daha da pisləşməsi əhalini dinə meylləndirir. Xüsusən, bu prosesdə işsizliyin rolu daha böyükdür.