Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

«Dindarların mübarizəsi hakimiyyət uğrundadır»


İlham İsmayıl
İlham İsmayıl

-

«Perspektivdə dindarların hakimiyyət uğrunda mübarizəsi var».

Bunu «Bizim Yol» qəzetinə müsahibəsində MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Ekspert deyib ki, dindarların fəal addımlar atması, siyasi tələblər irəli sürməsi indi başlayan yox, illərdir gedən bir prosesdir: «Şiə və sünni məzhəbindən kənar Azərbaycan üçün yeni bir təriqətlərin - vəhhabiliyin, sələfilərin, xəvariclərin gəlməsi prosesi tədricən gedib. Amma son dövrlərdə sivil müxalifətə qarşı həddindən artıq sərt mövqe tədricən onların sıradan çıxmasına və «ənənəvi müxalifət» adı almasına gətirib çıxarıb. İctimai həyatda yeni heç bir şeyin olmaması, həmçinin əhalinin iqtisadi vəziyyətinin son bir ildə daha da pisləşməsi əhalini dinə meylləndirir. Xüsusən, bu prosesdə işsizliyin rolu daha böyükdür. Dində məsələ belədir: inanclı insanların məscidlərə gedib ibadət etməsi ilə bitmir, tələblərə, islahatlara, sonra siyasi islahatlara yönəlir, bir az keçəndən sonra isə yəqin ki, hakimiyyət uğrunda mübarizə ortaya çıxacaq. Ümumiyyətlə, elə indiki proseslərin kökündə və perspektivində dindarların siyasi hakimiyyət uğrunda mübarizəsi durur. Bu mübarizəni necə aparacaqlar - sivil yolla, seçki yolu ilə, yoxsa İranda olduğu kimi inqilab etməkləmi? Bu, perspektiv situasiyadan, Azərbaycanın apardığı daxili və xarici siyasətdən, həmçinin ölkənin ətrafında baş verən geosiyasi hadisələrdən asılı olacaq».

MTN
MTN

«MTN-DƏ MƏNDƏN 5 MİLYON DOLLAR TƏLƏB ETDİLƏR»

«8-ci km» bazarının keçmiş sahibi Səfər Cəfərov virtualaz.org saytının redaksiyasına müraciət edərək vaxtilə MTN-də başına açılan oyunlardan danışıb.

Səfər Cəfərov sayta deyib ki, 2005-ci ildə, günlərin birində ona naməlum şəxs zəng edib və xəbər verib ki, maskalılar bazarda qardaşlarının başına torba keçirərək naməlum istiqamətdə aparıblar.

S.Cəfərov qardaşlarının başına nə gəldiyini öyrənmək üçün təlaş içində DİN-ə, rəqiblərinə və düşmənlərinə, gümanı kimə gəlirdisə ona zəng edib. Ancaq həqiqət onun gözlədiyindən daha betər idi. Cəfərovun qardaşlarını MTN tutmuşdu. Sanki onlar bazarda alver etmirdilər, hansısa məxfi əməliyyatla məşğul idilər.

Cəfərov qardaşlarını azad etdirmək üçün MTN-ə yollanır, ancaq onun özünü də tuturlar. İndi protokollarda deyildiyi kimi, «biznesmenə fiziki təzyiq göstərilir», əslində isə onu vəhşicəsinə döyüblər və azadlığa çıxa bilməsi üçün 5 milyon dollar tələb ediblər. S.Cəfərov bu qədər pulunun olmadığını deyəndə, MTN müstəntiqləri ona sənədləri imzalamağı təklif ediblər. Bu sənədlərə əsasən, bazarın bir hissəsi MTN-çilərin olmalıydı. Həmin müstəntiqlərin adları hələlik açıqlanmır, ancaq Cəfərov konkret adlar göstərib. İşadamı görəndə ki, müqavimət mənasızdır və ölümə bərabərdir, bazarın ərazisindəki «Maral Veqa» adlı böyük obyektini MTN-çilərə verməli olub».

Dollar.
Dollar.

AZƏRBAYCANDA DOLLAR HƏYƏCANI

marja.az saytı yazır ki, valyuta mübadiləsi məntəqələrində, banklarda dollar alanların sayı xeyli artıb. Kassirlər dayanmadan əhalinin milli pullarını dollara çevirirlər.

Satıcılar da son bir neçə gündə dollar alanların sayında artım olduğunu bildirirlər. Pul mübadiləsi ilə məşğul olan Rəşad İsmayılov deyir ki, son iki gündə dollar alanların sayında 5-10 faiz artım var: «Buna səbəb insanların dolların yenidən bahalaşacağından ehtiyat etməsidir. Biz də insanlardan nə üçün dollar aldıqlarını soruşuruq . Onlar bildirirlər ki, yeni ildən dolların qiyməti çox əsaslı şəkildə artacaq. Ancaq düşünürəm ki, bu məlumatlar həqiqəti əks etdirmir».

Valyuta dəyişənlərin hamısı artımın olduğu ilə razılaşır. Ancaq bu artımın cüzi olduğunu deyirlər.

İlham Əliyev səs verir.
İlham Əliyev səs verir.

AZƏRBAYCANDA SEÇKİLƏR: DEMOKRATİYA VƏ SABİTLİYİN QƏLƏBƏSİ

«Xalq qəzeti» yazır ki, dünya maraqla Cənubi Qafqazın ən böyük potensiala malik ölkəsində parlament seçkilərinin necə keçəcəyini gözləyirdi. Qərbin bəzi siyasi qurumlarının seçkini müşahidə etməyə nümayəndə göndərməməsi vəziyyəti daha həssas müstəviyə sürükləmişdi:

«Ancaq Azərbaycan hamıya sübut etdi ki, həm müstəqil siyasət yeritməkdə, həm də demokratik normalara sadiqlikdə qətiyyətlidir. Göründü ki, Qərbin bəzi dairələri səhvə yol veriblər. Lakin bu, onların problemidir, Azərbaycan isə seçdiyi ədalətli və demokratik inkişaf yolundan dönməyəcək.

Azərbaycanda keçirilən parlament seçkiləri həmin məqamın Avropa üçün nə dərəcədə həssas olduğunu nümayiş etdirdi. Çünki bir tərəfdən, seçkilərin qeyri-demokratik keçəcəyi haqqında əsassız fikirlər səsləndirildi, digər tərəfdən də AŞPA seçkilərin beynəlxalq standartlara uyğun olduğunu bəyan etdi. Avropa İttifaqı seçkiyə müşahidəçilər göndərmədi. Avropa Parlamenti bununla bağlı tələsik əsassız olaraq qərəzli qərar qəbul etdi. Azərbaycan rəhbərliyinin müraciətlərinə baxmayaraq, onlar mövqelərini dəyişmədilər. İndi isə Avropanın ciddi siyasi institutlarından olan Avropa Şurası Azərbaycandakı seçkilər haqqında həqiqətləri söyləməyə məcbur olub».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG