Çovdarovun gizli həbsxanası?
«Çovdarovun gizli həbsxanası da aşkarlanıb –General, nəhayət, ədalət mühakiməsinin kəndirinə keçdi» – strateq.az yazır. Rəsmən təsdiqlənməyən xəbər əksər KİV-lərdə yayılıb.
«Bəlli olub ki, Çovdarovun özünün ayrıca adam oğurluğu ilə məşğul olan böyük bir dəstəsi və bu dəstənin MTN-dən kənarda, Bakının heç kimin ağlına gəlməyəcək yerində gizli həbsxanası da olub."
İlham Əliyev: "Böhranın sonu görünmür..."
«Bu gün dünyada yaşanan iqtisadi böhran hələ ki, davam edir, sonu görünmür. Belə olan halda biz iqtisadi sahədə daha da ciddi islahatlar aparmalıyıq».
Prezident İlham Əliyev AMEA-nın 70 illik yubileyində çıxış edərkən belə deyib.
Azərbaycana səfərə görə moratorium çağırışları
Bir qrup ABŞ konqresmeninin Azərbaycana qalmaqallı səfərindən sonra Konqresə nəzarət qrupları yeni çağırış edib. Onlar Nümayəndələr Palatasının yeni spikeri Paul Ryan-ı yeni qaydalar qüvvəyə minənədək xaricə özəl mənbələrdən maliyyələşən səfərləri təxirə salmağa çağırırlar.
Xeyriyyəyə verilən pula görə, Azərbaycan axırdan 23-cüdür
Dünyada xeyriyyəyə ən çox pul verənlər Myanmardadır. Bunun səbəbi Myanmarda dini icmaların güclü olmasıdır.
Britaniyanın Charities Aid Foundation təşkilatının hazırladığı hesabata görə, əhalisi xeyriyyəyə ən çox pul verən ölkələr arasında İkinci yerdə ABŞ, sonrakı yerlərdə Yeni Zelandiya, Kanada, Avstraliyadır.
145 ölkə arasında Azərbaycan, əhalisinin xeyriyyəyə verdiyi pula görə, 122-ci yerdədir. Keçmiş SSRİ respublikaları arasında Azərbaycandan geridə olanlar yalnız Rusiya (129) və Ermənistandır (138).