Qadın idmançılar öz ölkələrinin qaydalarına uyğun geyinəcək
Bakıdakı İslam Həmrəylik Oyunlarında qadın idmançılar öz ölkələrinin qaydalarına uyğun geyimdə çıxış edəcək.
2017-ci ildə Azərbaycan paytaxtı növbəti dəfə beynəlxalq idman oyunlarına ev sahibliyi edəcək. Mayın 12-dən 22-dək Bakıda İslam Həmrəylik Oyunları keçiriləcək.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AzadlıqRadiosunun suallarına cavab verib.
Rusiya televiziyasında Telman İsmayılovun iflası verilişi (video)
"Rossiya-1" televiziyasında “Vesti Nedeli” proqramının aparıcısı Dmitri Kiselyov Telman İsmayılovun müflis olmasına həsr olunan süjetində deyir ki, Telman İsmaylov atası Mərdan İsmayılovun adını daşıyan lüks oteli həqiqi dəyərindən çox aşağı qiymətə, 130 milyon dollara satıb. Halbuki onun tikintisi Telman İsmayilova 10 qat baha başa gəlib. Satışdan əldə olunan gəlirlərlə o, borclarını bağlamağa çalışır.
Rusiyada da Telman İsmayılovun yerli banklara 100 milyon dollardan çox borcu var.
Süjetdə göstərilir ki, bir vaxtlar dəbdəbəli və zəngin həyatın simvolu hesab edilən otel, indi hətta elektrik enerjisinə də qənaət etmək məcburiyyətində qalıb. İddia edilir ki, otelin yerli enerji şirkətinə borcu 2 milyonu keçib.
Süjetdə deyilir ki, otel bütün dünyanın iqtisadi böhranla mübarizə apardığı bir dövrdə təntənəli şəkildə istifadəyə verilmişdi. Açılış üçün xüsusi olaraq Misirdən 9 min ton dəniz qumu otelin yerləşdiyi əraziyə gətirilmişdi. Açılışda kino və musiqi ulduzları iştirak edirdi. Bu ulduzların hər biri, iddialara görə açılışda iştirak etdiklərinə görə 5 milyon dollar qonorar alıblar.
Kanalın hazırladığı sujetdə qeyd olunur ki, Telman İsmayılov öz imperiyasını Moskvanın bədnam ad çıxarmış “Çerkizov” bazarından gələn gəlirlər hesabına qurub.
Kiselyov deyir ki, Rusiyada varlanıb, xaricı gedənlər, sonra məlum olur ki, orda yalnız xərcləyə bilirlər, pul qazana bilmirlər.
Rusiya bankı VTB-nin rəsmisinin verdiyi məlumata görə, hazırda Telman İsmayılovun şirkətinin və zamin şəxslərin banka 230 milyon dollar borcu var. Bank rəhbərliyi onu məhkəməyə vermək məcburiyyətində qalıb. Mosvka məhkəmə pristavının icra vərəqəsinə görə, borcla əlaqədar Telman İsmayılovun Rusiyadakı daşınmaz əmlaklarına artıq həbs qoyulub. Bank Telman İsmayılovun iflasa uğradığını elan etməyini tələb edir.
Dollar 1,05-i keçdi
İqtisadçı Samir Əliyevin dollar-manat məzənnəsi haqda: "Qısacası, bu gün dolların məzənnəsindəki dəyişikliyi ciddi qəbul etmirəm. Artma o olardı ki, manatın dəyəri birdən-birə 2-3 faiz dəyişsin. Hələlik, bu, yoxdur. Hələlik Mərkəzi Bank öz ehtiyatları hesabına dolların məzənnəsini tənzimləyir. Sabah necə olacaq, bu, artıq hökumətin qərarından asılı olacaq."
2 generalın işi prokurorluğa göndərildi
Milli Təhlükəsizlik Nazirliyinin (MTN) iki generalı haqqında Baş Prokurorluğa təqdimat göndərilib.
Trend-in məlumatına görə, bir müddət əvvəl vəzifələrindən azad edilərək sərəncama götürülmüş Milli Təhlükəsizlik Nazirliyinin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarov və MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov təhlükəsizlik orqanlarından xaric ediliblər və əməllərinə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Baş Prokurorluğuna təqdim edilib.