Keçid linkləri

Təcili xəbərlər
2021, 30 İyul, Cümə, Bakı vaxtı 06:24

Azərbaycan xəbərləri

Şirvanda 2 nəfər güllələnib

-

Noyabrın 6-da Şirvanda gecə saatlarında H.Əliyev prospektində yerləşən kafedə baş verən mübahisədə iki nəfər güllələnib.

“Makarov” tipli silahdan açılan atəş nəticəsində Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 25 yaşlı Zaur Sarıbalayev və 32 yaşlı Elvin Nəziyev qətlə yetirilib.

APA xəbər verir ki, birinci şəxs hadisə yerində ölsə də, sonuncu Şirvan şəhər xəstəxanasına aparılarkən yolda vəfat edib. Hadisənin baş vermə səbəbləri və təfərrüatları araşdırılır. Hadisə yerində Şirvan prokurorluğunun əməliyyat-istintaq qrupu, o cümlədən ekspert-kriminalistlər istintaq tədbirləri həyata keçirib. Hər iki şəxsin meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şirvan şəhər şöbəsinə təhvil verilib. İnsidentdə neçə silahdan istifadə olunduğu meyitlərin müayinəsindən və ballistik ekspertizadan sonra aydınlaşacaq.

Baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakini, 30 yaşlı Tural Salmanov və daha bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

Zaur Sarıbalayev Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 2009-cu il 3 iyun tarixli hökmü ilə məhkum edilibmişdi. 26 may 2014-cü il prezidentin əfv fərmanı ilə azadlığa buraxılıbmışdi.

Bütün xəbərləri izləyin

615 yeni yoluxma qeydə alınıb, 5 ölüm 

İran, koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxana, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 615 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 181 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 29-da habelə verilən məlumata görə, bu virusla bağlı analiz nümunələri müsbət çıxan 5 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 342 548 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 574-ü sağalıb, 5019-ı vəfat edib, aktiv xəstə sayı 4 955-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 423, indiyə qədər isə ümumilikdə 4 014 073 test icra olunub.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

DIN-in qarşısında aksiya 

DİN

İyulun 29-da bir qrup fəal Daxili İşlər Nazirliyinin (DİN ) qarşısında aksiya keçirməyə cəhd edib.

Onlar son günlər ərzində 5 qadının qətlə yetirildiyini bildirərək, buna etiraz etdiklərini vurğulayıblar.

Fəallar hesab edir ki, qadınların ölümündə güc strukturların da məsuliyyəti var. "Qadınların qətlləri siyasidir. Ərinin zorakılığı ilə üzləşib hüquq-mühafizə orqanlarına müraciət edən qadınlara dəfələrlə "boşanma, döyübsə eybi yox" deyirlər, nəticə isə acınacaqlı olur"., fəallar iddia ediblər.

Aksiya iştirakçıları nazirliyinin qarşısına üstündə öldürüldüyü deyilən qadınların adları yazılmış tabutun maketini gətiriblər. Polis əməkdaşları isə həmin maketi onların əlindən alıb.

Aksiya iştirakçılarından 3 nəfər - Aytac Ağazadə, Gülnara Mehdiyeva və Sevgi İsmayılbəylinin saxlanıldığı, daha sonra buraxıldığı bildirilir.

DİN-in mövqeyi

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan" İnformasiya Agentliyinə bildirib ki, aksiyada saxlanan yoxdur.

O, əlavə edib ki, "qadınların qətlləri siyasidir" ifadəsinin özü siyasi layihədi : "Azərbaycanda qadın hüquqları etibarlı qorunur, polisə daxil olan bütün müraciətlərə dərhal çevik reaksiya verilir. Hansısa formada qadınların zorakılığa məruz qalması, onun hüquqların pozulması ilə bağlı kimdəsə məlumat varsa, xahiş edirik həmin məlumatları müvafiq qaydada polis orqanlarına versinlər".

Hadrut meşələrində saxlananların son qrupu da 6 il həbs cəzası aldı

Hadrut meşələində saxlanılan erməni hərbçiləri, Bakıda məhkəmədə, 16 iyun 2021

Azərbaycanla Ermənistan arasında 10 noyabr razılaşmasından bir ay sonra Hadrut meşələrində saxlanılan ermənilərdən sonuncu qrupunun məhkəməsi yekunlaşıb. İyulun 29-da onlara hökm oxunub və hər birinə 6 il həbs cəzası verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə onlar Azərbaycanın dövlət sərhədini icazəsiz keçmə və qanunsuz silah-sursat saxlama kimi əməllərdə suçlu sayılıblar. Məhkəmə Ermənistan vətəndaşlarına Azərbaycan Cinayət Məcəlləsinin 214 (terrorçuluq) və 279 (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin tərkibində iştirak) maddələriylə verilən ittihamları əsassız sayaraq, onlara xitam verib.

Məhkəmə hökmünə görə, daha öncə mühakimə olunanlar kimi, budəfəkilər də cəzalarını başa vurandan sonra Azərbaycandan deportasiya olunmalıdılar.

Cinayət işinin materiallarında iddia olunur ki, Azərbaycan və Ermənistan arasındakı 10 noyabr razılaşmasından sonra Ermənistan vətəndaşları silahlanaraq, məşələrdə gizlənib və Azərbaycana qarşı terror-təxribatlar planlaşdırıblar. Dekabrın 12-də onları Azərbaycan silahlı qüvvələri saxlayıb.

Təqsirləndirilən şəxslər bu iddialarla razılaşmır və bildirirlər ki, rəsmi qaydada silahlı qüvvələrdə xidmətə çağrılıblar.

Xatırlatma

Hadrut meşələrində saxlanılanların işi 4 qrupa bölünüb. Hər qrupda 13-14 nəfər olmaqla, onlar Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb. İlk 14 nəfərin mühakiməsi iyulun 2-də yekunlaşıb. Onlardan 12-nə 6 ay, 2-nə isə 4 il həbs cəzası verilib. Altı ay cəza alanlarla bağlı müddət dekabrdan hesablanıb, təqsirləndirilən şəxslərin cəzası başa çatmış sayılıb və onlar ölkələrinə göndərilib. Elə həmin gün Ermənistan Ağdamda basdırılan minaların xəritəsini Azərbaycana təqdim edib.

Ardınca hökm çıxarılanların hamısı 6 il azadlıqdan məhrum edilib.

Ermənistan tərəfi Azərbaycanda mühakimə edilən vətəndaşlarının hərbi əsir olduğunu bildirir. Ombudsman Arman Tatoyan hərbi əsirlərin hər hansı formada məhkəməsinin beynəlxalq hüquq pozuntusu olduğunu deyib.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Azərbaycan 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanılan erməni hərbçilərin əsir deyil, terrorçu-diversant olduğunu iddia edir.

Kəlbəcər istiqamətində yenə atəşkəsin pozulduğu bildirilir

Azərbaycan-Ermənistan sərhəddində Azərbaycan əsgərləri, 10 fev 2021

Azərbaycan atəşkəsə riayət etdiyini deyir

Azərbaycan Müdafiə Nazirliyi (MN ) bu gün, iyulun 29-da cəbhədəki vəziyyətlə bağlı növbəti açıqlama yayıb.

Həmin açıqlamada isə qeyd edilir ki, Ermənistan tərəfinin atəşkəsi Azərbaycanın pozması haqqında yaydığı məlumat həqiqəti əks etdirmir :

" Bildiririk ki, Azərbaycan Ordusu Kəlbəcər istiqamətində iki ölkənin dövlət sərhədində atəşkəsə riayət edir."

***

Azərbaycan Kəlbəcər istiqamətində yenə mövqeylərinin vurulduğunu deyir.

Bu barədə iyulun 29-u Azərbaycan Müdafiə Nazirliyi (MN ) məlumat yayıb.

Məlumata görə, Ermənistan atəşkəsə riayət olunması haqqında razılaşmanı yenidən kobud surətdə pozub.

Nazirlik vurğulayır ki, iyulun 29-u saat 02:45-dən 03:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri öz mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki mövqelərini avtomat və qumbaraatanlardan atəşə tutub.

Aşıqlamaya görə, Azərbaycan mövqelərinə tərəf 10-12 ədəd F-1 əl qumbarası da atılıb, qarşı tərəfə cavab atəşi açılıb.

Ermənistan bir həbçisinin yaralandığını bildirir

Ermənistan müdafiə nazirliyi iyulun 29-da qısa atəşkəs pozuntusu nəticəsində bir həbçinin yaralandığını bildirir və pozuntuya görə Azərbqaycanı ittiham edir.

Məlumatda bildirilir ki, iyulun 29-u səhər saat 3 radələrində Kəlbəcər və Qeqarkun istiqamətində Azərbaycan ordusu Ermənistan mövqelərinə atəş açıb. Açıqlamada səhər saat 7 radələrindən sonra vəziyyətin sakit olduğu vurğulanır.

Son aylar Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.Artıq, tez-tez xüsusilə iki ölkə arasında sərhəddə atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.

Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Azərbaycan son günlər iki hərbi qulluqçusunun yaralandığını bildirib.Gərginliyə görə, öz növbəsində Azərbaycanı günahlandıran Ermənistanın da açıqlamasına görə, son gündə 3 hərbçisi ölüb, ikisi isə yaralanıb.

Hətta dünən, iyulun 28-də Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın təşəbbüsü ilə atəşkəs elan olunduğunu bildirmişdi.Amma sonra yenə atəşkəsin pozulması ilə bağlı qrşılıqlı iddialar səsləndi.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Yoluxmada artım

İyulun 28-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 750 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 134 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan iyulun 28-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 341 min 933 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 min 393-ü sağalıb, 5014 -ü vəfat edib, aktiv xəstə sayı 4526-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 min 058, ötən müddət ərzində isə ümumilikdə 4 milyon 3650 test aparılıb.

Son həftələr Azərbaycanda koronavirsa yoluxmada yeniden artim olduğu bildirilir.Dünən, iyulun 27-də 468, iyulun 26-da isə bu virusa 272 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanlı əsirlərə işgəncədə suçlanan iki Ermənistan vətəndaşına 20 il cəza istənilib

Lüdviq Mkrtıçyan və Alyoşa Xosrovyan məhkəmədə, 2 iyun 2021

Ötən əsrin 90-cı illərində əsirlikdə olan azərbaycanlılara işgəncə verməkdə suçlanan iki nəfər Ermənistan vətəndaşının - Lüdviq Mkrtıçyan və Alyoşa Xosrovyanın mühakiməsi bitməkdədir. İyulun 28-də onların işi üzrə 3 ay sürən məhkəmə araşdırmasının tamamlandığı açıqlanıb.

Məhkəmədə çıxış edən prokuror onların hər birinin cəzasının ilk yarısını qapalı həbsxana rejimində, qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 20 il azadlıqdan məhrum edilməsini istəyib.

İşgəncə vermə, qanunsuz silahlı birləşmələrin tərkibində iştirak və başqa əməllərdə suçlanan L.Mkrtıçyanla A.Xosrovyan özlərini təqsirli bilmirlər. Məhkəmədəki ifadələrində də heç kimə işgəncə vermədiklərini söyləyiblər.

Onlar 2020-ci ilin oktyabrında saxlanılıblar.

Ermənistan tərəfi Azərbaycanda mühakimə edilən vətəndaşlarının hərbi əsir olduğunu bildirir. Ombudsmanı Arman Tatoyan deyib ki, hərbi əsirlərin hər hansı formada mühakimə olunması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Azərbaycan onlarə hərbi əsir deyil, terrorçu-diversant sayır. Düzdür, onların bir qismi sonradan mina xəritələri qarşılığında azadlığa buraxılıb.

Azərbaycan bu il daha çox buğda alıb

Buğda tədarükü, Rusiya, arxiv foto

Bu ilin altı ayında Azərbaycana 401,5 min ton buğda idxal edilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, hesabat dövründə idxal edilən buğdanın dəyəri 102 milyon ABŞ dolları olub.

Ötən ilin eyni dövründə ölkəyə 78,4 milyon dollarlıq 358,5 min ton buğda idxal edilmişdi.

Son illər Azərbaycana buğda idxalının artdığı bildirilir.

Biləsuvarda suya görə aksiya-2 nəfərə 15 sutka

Saatlı rayonunda su ilə bağlı aksiya, 3 iyul 2020

Biləsuvarda saxlananlardan iksinə 15 sutka verilib

Biləsuvar rayon Polis Şöbəsindən dünən, iyulun 28-də aksiyada saxlanan və tez də buraxılmayan 4 şəxsin taleyinə aydinlıq gətiriblər.

"Turan" İnformasiya Agentliyinin xəbərinə görə, şöbədən onlara deyilib ki, həmin 4 şəxsdən ikisinə 15 sutka inzibati həbs verilib. Qalan iki nəfərin isə cərimələnib sərbəst buraxildığı bildirilib.

Amma qərarların detallarını öyrənmək və inzibati məsuliyyətə cəlb edilən şəxslərdən, onların vəkillərindən buna münasibət öyrənmək, hələlik, mümkün olmayıb.

***

İyulun 28-də Biləsuvar rayon mərkəzində bir qrup yerli sakinin su problemi ilə əlaqədar etiraz aksiyasına cəhd göstərdiyi bildirilir.

Yerli mənbələrdən verilən məlumatlara görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri susuzluq problemini icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa diqqətə çatdırmaq istəyiblər.

Məlumatlara görə, polis etirazçılara xəbərdarlıq edib. Xəbərdarlığa əməl etməmələri iddiası ilə bir neçə etirazçı polis şöbəsinə aparılıb.

Bildirilir ki, şikayətçilərin bir qismini rayon İcra Hakimiyyətində qəbul ediblər, məsələlərin yoluna qoyulacağı vurğulanıb.

Bütün bu deyilənlərə, hələlik, Biləsuvar rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Amma«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, Biləsuvar rayon Polis Şöbəsindən onlara deyilib ki, bu gün, iyulun 28-də şöbəyə gətirilənlərin 6 -sı söhbət aparıldıqan sonra sərbəst buraxılıb. Daha bir neçə şəxslə bağlı isə araşdırma getdiyi qeyd edilib.

Ermənistan və Rusiya vətəndaşlarına Bakıda 15 il həbs verilib

Atəşkəs razılaşmasından sonra Qarabağda saxlanılan Ermənistan hərbçilərinin Bakıda məhkəməsi, 16 iyun 2021

Rusiya və Ermənistan vətəndaşları Gevorg Sucyanla David Davtyan Bakıda məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum ediliblər.

Erməni əsilli Rusiya vətəndaşı, bloger, “Yeni Ermənistan Vətən” diaspor təşkilatının rəhbəri Gevorg Sucyan və Ermənistandan olan David Davtyan Bakıda məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum ediliblər.

İyulun 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlara hökm oxunub. Hökmə görə, onlar casusluq, qanunsuz silahlı birləşmələrə qatılma, qanunsuz silah saxlama, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə kimi əməllərdə suçlu sayılıblar.

İddia olunur ki, təqsirləndirilən şəxslər Ermənistan xüsusi xidmət orqanlarıyla əməkdaşlıq edib, onların tapşırığıyla hərbi məlumatlar toplayıb ötürməkdən ötrü Qarabağ bölgəsindəki Azərbaycan ərazilərinə qanunsuz gəliblər.

Hökmdə o da yazılıb ki, onlar cəzanın ilk 5 ilini həbsxana rejimində (Qobustanda-red.), qalanını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaları başa çatandan sonra isə Azərbaycandan deportasiya olunmalıdırlar.

Davtyan və Sucyan məhkəməyə ifadələrində bu ittihamı qəbul etməyiblər

Onlar nə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiklərini, nə də casusluq məqsədilə Qarabağa gəldiklərini bildiriblər. Deyiblər ki, ötən il 44 günlük müharibə başlayandan sonra hərbçilərə və cəbhə bölgəsindəki mülki şəxslərə humanitar yardımların çatdırılmasıyla məşğul olublar.

Təqsirləndirilən blogerin sözlərinə görə, Xankəndidə yaşayanlara humanitar yardım aparanda Laçın dəhlizində saxlanılıblar.

Prokuror təqsirləndirilən şəxslərə 16 il həbs cəzası verilməsini istəmişdi.

Xatırlatma

Bloger G.Sucyan 2020-ci ildə Azərbaycanla Ermənistan arasında müharibə davam edən ərəfədə - noyabrın ilk günlərində Kəlbəcərdən – İstisudan dostu ilə birlikdə video çəkib, özünün Facebook səhifəsindən paylaşmışdı. Həmin videoda o, azərbaycanlıların ünvanına kəskin ifadələr səsləndirmişdi.

“Scjyan müharibə vaxtı Qarabağdakı yerli əhaliyə humanitar yardım edirdi. Müharibədən sonra vəziyyətlə yerində tanış olmaq üçün ora gedib və Laçın-Şuşa yolunda əsir götürülüb”, - Ermənistanın Ombudsman Aparatından onun saxlanması belə şərh olunub.

Ermənistan tərəfi Azərbaycanda mühakimə olunan vətəndaşlarının hərbi əsir olduğunu bildirir. Ombudsmanı Arman Tatoyan deyib ki, hərbi əsirlərin hər hansı şəkildə mühakiməsi beynəlxalq hüququn kobud pozuntusudur.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Azərbaycan 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanan erməni hərbçiləri əsir deyil, terrorçu-diversant sayır. Amma onların bir qismi sonradan mina xəritələri qarşılığında azad olunaraq ölkələrinə göndərilib.

Rusiya atəşkəsə çağırıb-Azərbaycan razılaşdığını bildirir

Ermənistan hərbçiləri sərhəddə, 17 may 2021

"Ermənistan-Azərbaycan dövlət sərhədində Bakı vaxtı ilə saat 10:00-dan etibarən atəşkəsin elan olunması ilə bağlı Rusiya tərəfinin təşəbbüsü tərəfimizdən qəbul edilmişdir".

Azərbaycan Müdafiə Nazirliyinin (MN) iyulun 28-də səhər saat 10:37 radələrində yaydığı məlumatda belə deyilir.

Amma nazirlik Ermənistanı atəşkəsə əməl etməməkdə günahlandırır.

«Buna baxmayaraq, Ermənistan tərəfi əlavə olaraq tank və 120-millimetrlik minaatanlardan istifadə etməklə vəziyyəti gərginləşdirməkdə və mövqelərimizi atəşə tutmaqda davam edir. »

Bu məlumata hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

İyulun 28-də Azərbaycan və Ermənistan qarşılıqlı məlumat yayaraq Kəlbəcər istiqamətində döyüşlərin getdiyini bildiriblər. Azərbaycan Müadfiə nazirliyi atəşkəsin pozulması nəticəsində iki hərbçisinin yaralandığını, Ermənistan isə 3 hərbçisinin öldüyünü, iki hərbçisinin yaralandığını açıqlayıb. Bundan sonra Rusiya tərəfləri atəşə çağırıb.

Azərbaycan XİN Ermənistanı  danışıqlara  dəvət edir

Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də cəbhədəki vəziyyətlə bağlı açıqlama yayıb.
Açıqlamada Azərbaycan Müdafiə Nazirliyinə istinadən qeyd edilir ki, iyulun 28-də Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub :

«Nəticədə iki hərbi qulluqçumuz yaralanıb. Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. »

XİN də öz açıqlamasında Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa dəvət edir.

Hələki Ermənistan XİN-dən bu çağırışa münasibət bildirilməyib.

Bakıda qumbara partladığı, ölən və yaralananların olduğu deyilir

Məlumata görə, partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Azərbaycan Baş Prokurorlugu ilə Daxili İşlər Nazirliyi bugün, iyulun 27-də Bakıda qumbara partlaması və ölüm halı ilə bağlı açıqlama yayıb.

Rəsmi açıqlamaya görə, iyulun 27-də narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında 1982-ci il təvəllüdlü Müseyib Ələsgərovun paytaxtın Yasamal rayonu ərazisində idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına itaətsizlik göstərərək qaçmağa cəhd göstərib :

"Bu zaman üzərində olan qumbara partlamış, nəticədə M.Ələsgərov ölmüşdür. Avtomaşında olan sərnişin,... 1993-cü il təvəllüdlü Elman Qurbanov isə qaçarkən saxlanıb. Şəxsi axtarış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb".

Məlumata görə, partlayış zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb :

"Avtomaşına baxış keçirilərkən əlavə silah-sursat aşkarlanıb. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, hazırda iş üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir."

Hər iki şəxsin əvvəllər mühakimə edildiyi vurğulanır.

Amma bu məlumata, hələlik, nə saxlanan şəxsdən, onun vəkilindən, nə də Müseyib Ələsgərovun yaxınlarından münasibət öyrənmək mümkün olub.

Azərbaycan MN Kəlbəcər rayonun atəşə tutulduğunu deyir

Ermənistan əsgərləri Azərbaycanla sərhəddə (Arxiv fotosu)

Azərbaycan Kəlbəcər rayonun atəşə tutulduğunu bildirir.

Bu barədə bugün, iyulun 27 -də Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda yazilib ki, iyulun 27-si saat 16:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri ərazilərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yuxarı Ayrım kəndlərindəki mövqelərini snayper tüfəngi, avtomat və pulemyotlardan atəşə tutub.

Qarşı tərəfə cavab atəşinin açıldığı, Azərbaycan ordusunun şəxsi heyəti arasında itki olmadığı bildirilir.

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Son həftələr Azərbaycanla Ermənistan arasında yenidən gərginliyin artdığı müşahidə olunur.

Artıq, tez-tez istər iki ölkə arasında sərhəddə, istərsə də Qarabağda atəşkəsin pozulması ilə bağlı qarşılıqlı iddilar səslənir.

Atəşkəsin pozulmasına görə, onlar bir-birlərini günahlandırırlar. Hətta, ölən və yaralananların olduğu da bildirilir.

Xatırlatma

2020-ci il Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Üç ölkə arasında Bakı Bəyannaməsi imzalanıb

Bakı Bəyannaməsinin imzalanması, Bakı, 27 iyul 2021

İyulun 27-də Azərbaycan Milli Məclisində bu ölkə, Türkiyə və Pakistan parlament sədrlərinin üçtərəfli görüşündə Bakı Bəyannaməsi imzalanıb.

AZƏRTAC-ın xəbərinə görə, Bəyannaməni Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək.

Bəyannamədə yazılanlar

İyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin imzaladığı Bakı Bəyannaməsi açıqlanıb.

Sənəddən üç ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirilməsinin vacibliyi qəbul edilir.

Habelə öz bölgələrində sabitlik, təhlükəsizlik və rifahı təmin etmək üçün Azərbaycan, Pakistan, Türkiyə arasında daha əhatəli iş birliyinin strateji önəmi qeyd edilir.
Sənəddə daha sonra iqtisadi, ticari, nəqliyyat və başqa səhadə əməkdaşlığa da diqqət verilir.

«- Müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdilər; …» bəyannamədə yazılıb.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana gəlib.

Onları bu gün, iyulun 27-də Bakıda Azərbaycan Prezidenti də qəbul etmişdi.

468 yeni yoluxma, 2 ölüm

COVİD-19 xəstələrinin müalicə aldığı xəstəxana, Bosniya, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 468 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 123 nəfər sağalıb.

Bu məlumatı iyulun 27-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan yayıblar. Qurumdan verilən məlumata görə, son sutkada ölkədə koronavirusa yoluxanlardan da 2 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 341 183 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332 259-u sağalıb, 5011-i vəfat edib, aktiv xəstə sayı 3 913-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11 895, ötən müddət ərzində isə ümumilikdə 3 992 592 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Prezident Oklahomanın qubernatorunu qəbul edib

Azərbaycanın prezidenti İlham Əliyev (sağ) və Oklahomanın qubernatoru Governor Con Kevin Stitt, Bakı, 27 iyul 2021

Azərbaycanın Prezidenti İlham Əliyev iyulun 27-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Oklahoma ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi bildirilib.Habelə, Azərbaycanın ABŞ-ın ayrı-ayrı ştatları, o cümlədən 2000-ci ilin əvvəllərindən Oklahoma ştatı ilə əməkdaşlığından məmnunluq ifadə olunub

Məlumata görə, Con Kevin Stitt Zəngilan rayonuna edəcəyi səfərinin Azərbaycanın həmin ərazilərdə icra etdiyi “yaşıl enerji” (Yaşıl enerji günəş işığı, külək, yağış, gelgit, bitki, yosun və geotermal istilik kimi təbii mənbələrdən gəlir ) və “ağıllı kənd” ( “smart village” ) layihələri ilə yaxından tanış olmağa imkan yaradacağına ümid etdiyini bildirib.
Habelə bildirildiyinə görə, Oklahoma Milli Qvardiyası ilə Azərbaycanın Müdafiə Nazirliyinin təxminən 20 ildir əməkdaşlıq etdiyi və indi bu əməkdaşlığın daha geniş tərəfdaşlıq formatına çevrildiyi vurğulanıb :

"Söhbət zamanı Oklahoma ştatı ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələlərinə toxunuldu, azərbaycanlı tələbələrin bu ştatda kənd təsərrüfatı üzrə təhsil aldıqları məmnunluqla qeyd edildi.Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. "

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Zəngilan rayonu daxil )nəzarəti bərpa edib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Agentlik əməkdaşı minya düşüb

Mina axtaranlar işğaldan azad olunmuş Azərbaycan ərazilərində, arxiv foto

İyulun 27-də Azərbaycan Minatəmizləmə Agentliyinin bir əməkdaşının minaya düşdüyü bildirilir. Onun partlamamış silah-sursatın axtarışı ilə bağlı Cəbrayıl rayonunun Mehdili kəndinə ezam olunduğu qeyd edilir.

Bu barədə iyulun 27-də Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda Agentliyinin əməkdaşı Bəhruz Nəsirovun piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti aldığı vurğulanır:

"Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır. "

Azərbaycan rəsmilərinin açıqlamasına görə, 10 noyabr sazişindən sonra 30 qədər adam minaya düşmə səbəbindən həlak olub, 110 -a yaxın isə eyni səbəbdən müxtəlif xəsarətlər alıb.

Azərbaycan buna görə, Ermənistan tərfini işğaldan azad edilən ərazilərə aid mina xəritələrini verməməkdə günahlandırır. Hərçənd, tərflər son aylar Azərbaycanda tutulan Ermənistan hərbi qulluqçularından bəzilərinin geri qaytarılması əvvəzində Ağdam, Füzuli və Zəngilan rayonlarına aid mina xəritələrinin alındığını da vurğulayırlar.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hospitalın bölmə rəisi veteranlardan rüşvət alma şübhəsilə tutulub

DTX-nın binası

İkinci Qarabağ müharibəsi iştirakçılarından rüşvət almaqda şübhəli sayılan vəzifəli şəxslərin saxlandığı bildirilir.

Bu barədə bu gün, iyulun 27-də Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Açıqlamaya görə, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazovun, həmin Hospitalın əməkdaşı Hüseyn Ağayev vasitəsilə çoxsaylı hərbi qulluqçulardan onlara dövlətin birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün xəsarət dərəcələrinin təyin edilməsi əvəzində rüşvət istəyərək almasına əsaslı şübhələr yaranıb :

"... Vüsal Eyvazov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib "

Hazırda cinayət işi üzrə araşdırmaların davam etdiyi bildirilir.

Amma bu açıqlamaya Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov, həmin Hospitalın əməkdaşı Hüseyn Ağayev və onların yaxınlarından münasibət almaq, hələlik, mümkün olmayıb.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Şuşa şəhəri daxil Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Bu müharibədə Azərbaycanın 3 minə yaxın hərbi qulluqçusunun həlak olduğu, bir neçə minin isə müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Prezident  Türkiyə Böyük Millət Məclisi sədrini qəbul edib

Türkiyə nümayəndə heyəti Azərbaycanda, 27 iyul 2021

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop-un başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyətinin Şuşaya edəcəyi səfərin önəminə toxunulub.

Habelə, Bakıda iyulun 27-də keçiriləcək Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün önəmi qeyd edilərək bildirilib ki, bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir.

Məlumata görə, söhbət zamanı üç ölkə arasında əməkdaşlığın geniş mənada Avrasiyada yeni işbirliyi çərçivələri formalaşdırdığı bildirilib.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana gəlib.

Bu gün, iyulun 27-də Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin toplantısı olmalıdır.Orada bu üç ölkənin əməkdaşlığına dair Bakı Bəyannaməsinin imzalanması gözlənir.

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Şuşa şəhəri daxil Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bəzi ölkələrdən Azərbaycana  donuz ətinin idxalı dayandırılıb

Packages of meat

Bir sıra ölkələrin bəzi ərazilərindən Azərbaycana idxal olunan donuz və onun məhsullarına müvəqqəti məhdudiyyət qoyulub

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) iyulun 26-da yaydığı məlumatında bildirilir.

Açıqlamada bu, başqa ölkələrdən ölkə ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlarla izah edilir.

Bildirilir ki, OIE məlumatına əsasən, bir sıra ölkələrin bəzi ərazilərində donuzların Afrika taunu xəstəliyi qeydə alınıb. Söhbət Vyetnam, Macarıstan, Rumıniya, Polşa, Filippin, İndoneziya, Rusiya, Almaniya, Latviya, Cənubi Afrika Respublikası, Moldova, Çin, Laos, Tanzaniya, Butan, Namibiya, Myanma, Kot-d'İvuar, Malayziya və Ukraynadan gedir.
Qeyd edilir ki, başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaaq məqsədilə sözü gedən ölkələrin bəzi inzibati ərazi vahidlərindən diri donuzlar, onlara aid məhsul, xammal və genetik materialların idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

"Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan ölkələrdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub. ",məlumatda yazılıb.

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycana gəliblər

Sabah, iyulun 27-də Bakı Bəyannaməsinin imzalanması gözlənir

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana gəlib.

Bakı Beynəlxalq Aeroportunda qonaqları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qarşılayılar.

Sabah, iyulun 27-də Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin toplantısı olmalıdır.

Orada bu üç ölkənin əməkdaşlığına dair Bakı Bəyannaməsinin imzalanması gözlənir.

272 yeni yoluxma  qeydə alınıb, 3 ölüm

Bosnian medical staff members tend to a patient infected with the Covid-19 coronavirus, at Sarajevo's General hospital, on March 19, 2021.

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 272 yeni yoluxma faktı qeydə alınıb, bu virusa yoluxanlardan 80 nəfər sağalıb.

Bu məlumatı iyulun 26-da Nazirlər Kabineti yanında Operativ Qərargahdan yayıblar. Qurumdan verilən məlumata görə, son sutkada ölkədə koronavirusa yoluxanlardan da 3 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 340715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 332136-ı sağalıb, 5009-u vəfat edib, aktiv xəstə sayı 3570-ə yüksəlib.

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 5616, ötən müddət ərzində isə ümumilikdə 3980697 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb

‘Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq’ 

Karantin yoxlamaları, arxiv foto

"Epidemioloji vəziyyət pisləşsə, qapanmaya getməyə məcbur olacağıq. Çünki insanlar ölür, xəstəxanalar dolur".

Bunu iyulun 26-da Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

O, sonra da deyib: "Əgər insanlar qısa müddətdə kütləvi vakansiyaya getsələr, onda qapanmalara ehtiyac qalmayacaq".

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı ötən ilin martından karantin rejimidir.Ölkədə koronavirus infeksiyasına qarşı vaksinasiyaya bu il yanvarın 18-dən start verilib. İndiyə kimi birinci mərhələdə 4,5 milyon, hər iki mərhələdə isə 1,9 milyon şəxsin peyvənd edildiyi açıqlanıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə ümumilikdə 340 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5006-nın vəfat etdiyi bildirilib.

Azərbaycanın ABŞ-dakı səfri dəyişdi 

Xəzər Ibrahim, Bakı, 2 oktyabr 2007

Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında ( ABŞ) fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bu barədə bu gün, iyulun 26-da sərəncam imzalayıb.

Prezidentin iyulun 26-da, bundan əvvəl başqa bir sərəncamı ilə isə X.İbrahim Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdı.

Xəzər İbrahim Elin Emin oğlu Süleymanovu əvəz edib.E.Süleymanov isə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nazirlər  mətbuat konfransı keçirib

Serbiya xarici işlər naziri və nümayəndə heyəti Azərbaycanda, 25 iyul 2021

Bu gün,iyulun 26-da Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Nikola Selakoviçlə birgə mətbuat konfransı keçirib.

AZƏRTAC-ın xəbərinə görə, C.Bayramov deyib ki, iki ölkə arasında ticarət dövriyyəsində artım müşahidə edilir.

O əlavə edib ki, Nikola Selakoviçlə görüşündə ticarət dövriyyəsinin bundan sonra da artırılması istiqamətində müzakirələr aparılıb, iyulun 27-də Azərbaycan ilə Serbiya arasında Hökumətlərarası Komissiyanın iclası olacaq, daha sonra isə biznes forum keçiriləcək.

“ Eyni zamanda, iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olundu”, - deyə Ceyhun Bayramov vurğulayıb.

Serbiya Xarici İşlər naziri Nikola Selakoviçin başçılıq etdiyi nümayəndə heyəti İyulun 25-də Azərbaycana gəlib.Elə həmin gün Prezident İlham Əəliyev onu qəbul etmişdi.

Davamı

XS
SM
MD
LG