Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:22

Sığorta Fondunu təkmilləşdirməyin yolları


Vüqar Bayramov
Vüqar Bayramov

-

Bank depozitlərinin aqibəti son günlər müzakirə mövzusuna çevrilib. Söhbət Əmanətlərin Sığortalanması Fondundakı 109 milyon manatın ümumi sığortalanmış əmanətlərin cəmi 2 faizi (2.2%) olmasından gedir. Təbii sual doğur: Bu, depozitlərin qorunması baxımından problem yaratmazmı?

FONDUN PULU NƏ QƏDƏR OLMALIDIR?

İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, beynəlxalq praktikada bu tip fondların aktivləriylə sığortalanan əmanət həcmindəki payı barədə konkret heç bir standart yoxdur: «Birincisi, bu, hər bir fondun öz maliyyə siyasətinə və yararlandığı alətlərin xarakterinə görə müəyyənləşdirilir. İkincisi, regionda iqtisadiyyatı nisbətən gəlişən ölkələrin təcrübəsi göstərir ki, əksər bənzər fondların aktivləriylə sığortalanan əmanətlərin həcmi arasında kəskin fərq var və bu da iqtisadi baxımdan normal sayılır. Məsələn, Rusiyada Əmanətlərin Sığortalanması Fondu aktivlərinin həcmi 83.6 milyard rubldur (təx.: 1 milyard 326 milyon dollar), sığortalanan əmanətlərin həcmi isə 18.2 trilyon rubldur (təx.: 290 milyard 476 milyon dollar).Şimal qonşumuzda fondun aktivlərin ümumu sığortalanan əmanətlərdə payı cəmi 0.45 faizdir».

Ekspertin fikrincə, belə cüzi faiz heç də Rusiyada vətəndaş əmanətlərinin təhlükə altında olması anlamına gəlmir: «Fondun aktivlərin genişləndirilməsi daha çox bankların üzvlük haqqının artırılması yolu ilə mümkündür ki, bu da arzuolunan deyil. Çünki bankların xərcləri artar və bir sıra məhsullar bahalaşar. Nəticədə maliyyə bazarına daha bahalı məhsullar təklif edilər. Bu cür fondlar, adətən, riskli bazar alətlərinə yatırım etmirlər - hətta potensial gəlir səviyyəsi yüksək olsa da. Fondun vəsaitlərini nisbətən risksiz alətlərə yatırılır və beləcə, vəsaitlərin yönəldilməsindən qazanılan gəlirin həcmi artırılır. Fondun maliyyə bazarında daha fəal iştirakı arzuolunandır. Ancaq bu, azriskli istiqamətlər üzrə olmalıdır».

LƏĞV EDİLƏCƏK 7 BANKDA SIĞORTA PROBLEMİ YAŞANIR?

Vüqar Bayramov hazırda ləğvedilmə prosesi yaşayan 7 bankdan da söz açdı: «Həmin 7 bankın likvidizasiyası planlaşdırılmır, əksinə, bu proses başa çatmaq üzrədir. Bankların 5-də bu proses bitib, qalan 2 bankda tamamlanma mərhələsidir. «Avrobank»da əmanətlər yox idi. Azərbaycan Kredit Bankının aktivləri də passivlərindən çox olduğundan xüsusi müdaxiləyə ehtiyac qalmadı. Deməli, söhbət gələcək deyil, keçmiş zamandan gedir».

ƏMANƏT -7.6 MİLYARD, AKTİVLƏR - 29 MİLYARD MANAT

Vüqar Bayramov xatırladır ki, 29 milyard manatdan çox aktivləri olan banklarda əhalinin əmanət miqdarı cəmi 7.6 milyard manatdır:«Bunu nəzərə alsaq,gələcəkdə hər hansı təhlükə olduğu halda, sığorta hadisəsinin heç də bütün banklarda baş verməyəcəyi aydın görünür. İndi banklarda qorunan əmanətlərin qaytarılması təhlükəsi deyil, sığorta mexanizmlərinin təkmilləşdirilməsi məsələsi müzakirə olunmalıdır. Mərkəzi və Şərqi Avropa ölkələrində 100 min avroyadək bütün əmanətlər sığortalanır. Bizdə isə qorunan əmanətin maksimum həcmi sözügedən ölkələrlə müqayisədə 3 dəfədən çox azdır. Bu da evdə saxlanan pulların banklara əmanət kimi cəlb edilməsini əngəlləyir. Fondun mövcud siyasəti hələ də əmanətlərin sığortalanma faizi ilə kredit faizləri arasında əlaqə formalaşdırmayıb. Amma bunlar qorunan əmanətləri olan vətəndaşlar arasında rahatsızlıq yaratmamalıdır. Əksinə, fondun fəaliyyətini təkmilləşdirməklə daha çox əmanət cəlb etmək mümkündür və bu, çox vacibdir. Əmanət qorunursa, bütün hallarda qaytarılmalıdır: hətta borclanma hesabına olsa da».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG