Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

Banka borcu olub həbsdən qorxanlara «yol xəritəsi»


Foto illüstrasiya.
Foto illüstrasiya.

-

Kredit borcunu ödəyə bilməyənlərə bank və ya icraçıdan gələn təhdid mesajları adi hal alıb. Hüquqşünaslar deyirlər ki, əmlaksız və gəlirsiz borclu və zaminlər, adətən, bankın onlara qarşı iddialarına baxan məhkəmələrə qatılmır, yaxud qatılsalar da, hüquqşünas yardımından yararlana bilmirlər. Bu üzdən məhkəmələr bankın iddiasını çox vaxt tam təmin edir və vətəndaşı maksimum «yükləyir».

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, vətəndaşın hüquqşünas yardımına pulu olsaydı, məhkəmə, ən azı, bankın iddiasını tam təmin etməzdi: «Maksimumsa, bəlkə də, bankı borclu çıxarardı, axı banklar kredit müqaviləsi bağlarkən, qanunu kütləvi şəkildə pozurlar. Bir sözlə, nəticədə vətəndaşın borcu, heç olmasa, azalardı».

«QORXMAQ LAZIM DEYİL…»

Ekspert məhkəməsonrasımərhələyə də toxunur: «İcraçı borcluya (və ya zaminə) müraciət edir ki, borcu könüllü ödə. Təbii ki, vətəndaş ödəyə bilmir. Ardından vətəndaşa hədə-qorxu gəlməyə başlayırlar – «tutarıq», nə bilim nə edərik və s. Bundan qorxmaq lazım deyil. Sadəcə, icraçıya uyğun məktub yazmaq lazımdır. Qısası, icraçıya qanunu bildiyinizi və heç nədən qorxmadığınızı anlatmalısınız.Ola bilər daha sonra da sizi bir müddət yenə narahat etsinlər. Möhkəm olun! Yazdığınızı eynən təkrarlayın və deyin ki, sizi yenə rahatsız etsələr, onlardan şikayət verəcəksiniz. Əl çəkəcəklər!».

BORCA GÖRƏ HƏBS OLMAZ

Əkrəm Həsənov bildirir ki, Avropa İnsan Haqları Konvensiyası 4-cü Protokolunun 1-ci maddəsinə görə, borca görə həbs etmək olmaz: «Azərbaycan qoşulub ona. Daha sonra bizim Cinayət Məcəlləsinin 306-cı maddəsi yalnız qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və hökmünü, qərardad və qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə məsuliyyət nəzərdə tutur. Yəni qərəzli, pulunuz ola-ola ödəməməyə görə».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG