Sibirdə köhnə təriqətçi ailəsindən olan Agafja Lykowa tərkidünya həyat tərzini seçib, artıq üçüncü onillikdir ki, tamamilə tənhadır, Qərbi Sayanda Abakan sıra dağlarında yaşayır. Elektrik enerjisindən istifadə etmir, yaxınlıqdakı kəndə piyada getmək isə iki həftə çəkə bilər.
Məşhur tərkidünya qadın necə yaşayır- [Fotolar]
5
Lykowa-nın anası 1961-ci ildə, atası isə 1988-ci ildə vəfat edib. O vaxtdan tamamilə tənha yaşayan Agafja «qadın işi», «kişi işi» demədən hər şeyi özü edir.
6
Sərt Sibir iqliminə baxmayaraq, onun kiçik bostanı heç də pis məhsul vermir.
7
Lykowa-nın ana və atası sovməə (keşişsiz) inancına məxsus köhnə təriqətçi idilər. Bu dini qrup 1950-ci illərdən Rusiyada təqib olunurdu, pravoslav kilsəsi köhnə təriqətçiləri «raskolniklər» adlandırırdı.
8
Lykowa barəsində bir neçə film çəkilib, kitablar yazılıb. Ən məşhuru Sovetlər dönəminin tanınmış jurnalist və yazıçısı Vasily Peskov-un yazdığı «Tayqa dalanı» adlı sənədli povestdir.