Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 04:32

İranda edamlar çoxalır


İrandakı edamlara qarşı Nyu Yorkda etiraz aksiyası, arxiv fotosu

-

2005-ci ildən bəri İranda edamlar gözəçarpacaq dərəcədə artıb və bu il edam olunanların sayı minə çata bilər.

Bunu BMT-nin təhqiqatçısı Ahmed Shaheed oktyabrın 27-də Baş Assambleyada açıqladığı hesabatda deyib. Hesabatda bildirilir ki, İranda adambaşına düşən edamların sayı dünyanın istənilən ölkəsindən çoxdur.

Təhqiqatçının fikrincə, edamların çoxu beynəlxalq hüquq pozuntusudur. Belə ki, əslində qeyri-zorakı cinayətlərə görə, eləcə də azyaşlılara ölüm cəzası kəsmək qadağandır.

Shaheed BMT-nin İranda insan haqları üzrə xüsusi təhqiqatçısıdır. Onun sözlərincə, bu ilin ilk 6 ayı ərzində həyata keçirilən edamların 69 faizi narkotik maddəylə bağlı cinayətlərə görə həyata keçirilib.

İran hökuməti narkotik maddələrin daşınmasını “ən ağır” cinayət sayır.

Shaheed onu da vurğulayıb ki, iyulda dünya gücləri ilə nüvə sazişi imzalanandan İran insan haqlarının müzakirəsinə daha həvəslə yanaşır.

XS
SM
MD
LG