Keçid linkləri

2017, 21 Yanvar, şənbə, Bakı vaxtı 23:52

-

İslam Dövləti (İD) silahlı qruplaşması 3 nəfəri Suriyanın Palmira şəhərində edam edib. Həmin şəxsləri Palmiradakı 3 tarixi sütuna bağlayıb və partladıb. Xəbəri oktyabrın 26-da Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı yayıb.

Qurumun rəhbəri Rami Abdel Rahman deyib ki, həmin 3 nəfər elə Palmira ərazisindən olub.

İD yerli sakinlərə edam olunanların kimliyi, edam səbəbləri barədə məlumat verməyib. Heç kəs də əraziyə buraxılmayıb.

Palmiradan fəal Mohammad al-Ayed Frans Presə deyib ki, həmin sütunlar “arxeolojidir və Palmirada xeyli sayda belə sütun var”.

İD daha öncə İraq və Suriyada qədim abidələri dağıdıb.

XS
SM
MD
LG